Accessibility links

İraqda daha iki Amerika əsgəri həlak olub


İraqda daha iki Amerika əsgəri həlak olub
İraqda daha iki Amerika əsgəri həlak olub

Hadisələrlə bağlı təhqiqat aparıldığı bildirlir

Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin bildirdiyinə görə, ölkənin şimalında ayrı-ayrılıqda baş verən insidentlər zamanı iki Amerika əsgəri həlak olub. Bu gün açıqlanan bəyanatda əsgərlərdən birinin dünən Mosul yaxınlığında qətlə yetirildiyi deyilsə də, detallar açıqlanmır. Digər əsgərin isə cümə axşamı döyüşdən kənar situasiyada həlak olduğu deyilir. Ordu hadisələrlə bağlı təhqiqata başlanıldığını bildirib.

Mosul şəhərindəki polis məntəqəsinə edilən hücum zamanı 6 nəfərin öldüyü deyilir. Mosulda intiharçının yoxlanış məntəqəsinə etdiyi hücum nəticəsində isə ikisi polis işçisi olmaqla, üç nəfərin öldüyü xəbər verilir.

XS
SM
MD
LG