Accessibility links

İraqda intiharçı hücumunda ölənlərin sayı 36-ya çatıb


İraqda intiharçı hücumunda ölənlərin sayı 36-ya çatıb

İraqda intiharçı hücumunda ölənlərin sayı 36-ya çatıb

İraq rəsmilərinin verdiyi məlumata əsasən intiharçının şimali Samirə şəhərində şiə zəvvarları yaxınlığında özünü partlatması nəticəsində ölənlərin sayı 36-ya, yaralananların sayı isə 60-a çatıb.

İntiharçı özünü dünən zəvvarlarla dolu avtobusda partladıb.

Hücum ötən həftə Samirə yaxınlığında həyata keçirliən ikinci terror aktıdır. Burada şiə zəvvarlar 9-cu əsrdə ölmüş imam Həsən əl-Askarinin xatirəsini yad edirlər.

Cümə axşamı əl-Askari məscidinə yolanan şiə zəvvarları hədəf alan hücum səkkiz adamın həyatına son qoymuşdu. Həmin gün Düceyl yaxınlığında baş verən partlayış nəticəsində azı 39 adam yaralanmışdı.

Sünni diktator Səddam Hüseynin hakimiyyəti dönəmində şiələrə dini mərasimlər keçirmək qadağan olunmuşdu.

XS
SM
MD
LG