Accessibility links

İraqda intiharçı hücumu 26 adamın həyatına son qoydu


İraqda intiharçı hücumu 26 adamın həyatına son qoydu
İraqda intiharçı hücumu 26 adamın həyatına son qoydu

İraq rəsmiləri Bağdaddan şimal-şərqdə yerləşən kafedə baş vermiş partlayış nəticəsində həlak olanların sayının 26 nəfərə çatdığını xəbər verir. Partlayiş cümə günü Diyala vilayətinin Balad Ruz qəsəbəsində baş verib. Bu qəsəbə əsasən şiə kürdlərin məskunlaşdığı ərazidə - Baquba şəhəri və İran sərhədi arasında orta nöqtədə- yerləşir. Polis rəsmisi bildirir ki, intiharçı bədəninə sarıdığı partlayıcı maddələrlə dolu kəməri populyar kafenin içərisində detonasiya edib. Azı 45 adam yaralanıb.

XS
SM
MD
LG