Accessibility links

İraqda intiqam hücumları - 58 nəfər həlak olub


Bağdadda silsilə partlayışlar baş verib

Bu gün İraq paytaxtı Bağdadda şiələri hədəf alan silsilə bomba partlayışları nəticəsində 58 nəfər həlak olub. Şəhər inSədr məhəlləsində ABŞ əleyhdarı Möqtəda əl-Sədrin ofisi yaxınlığında baş vermiş bomba partlayışı nəticəsində ən azı 25 nəfər ölüb, 100 adam isə yaralanıb. Təhlükəsizlik rəsmiləri deyir ki, digər bir hücum ticarət mərkəzində həyata keçirilib. Rəsmilərin bildirdiyinə görə, o biri hücumların hədəfi də Bağdadda şiə məscidlər olub. Zorakılıqlar İraq rəsmilərinin İraqda Əl-Qaidənin iki yüksək səviyyəli liderinin öldürməsini açıqlamasından sonra baş verir. İraq polisi bildirir ki, bu gün əvvəl Ənbar vilayətində yol kənarı bomba partlayışları 6 nəfərin həyatına son qoyub. Partlayış zamanı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG