Accessibility links

İraqda parlament işgüzar sessiyaya başlayıb


İraqda parlament işgüzar sessiyaya başlayıb

İraqda parlament işgüzar sessiyaya başlayıb

Iraq qanunvericiləri mart ayında keçirilən parlament seçkilərindən bəri dördüncü sessiyaya başlayıblar. Başlıca qərarların yaxın bir neçə gün ərzində razılaşdırılacağı gözlənilmir. Sessiyanın ilk günlərində millət vəkilləri parlamentin daxili qaydalarını və prosedurlarını müzakirə edəcəklər. Yeni seçilən prezident şiə baş nazir Nuri əl-Malikidən rəsmən hökumət təşkil etməyi xahiş etməzdən əvvəl bir neçə gün gözləməli olacaq. Qanunvericilər bu ayın əvvəllərində ölkədə 8 ay davam edən siyasi qarşıdurmaya son qoymaq üçün mühüm addım atıblar. Onlar kürd lideri Cəlal Talabaninin yenidən prezident, şiə baş nazir Nuri əl-Malikinin öz vəzifəsində qalması barədə qərar qəbul ediblər. Millət vəkilləri seçkilərdə cüzi fərqlə ən çox səs toplamış İraqiyyə blokunun sədri və keçmiş baş nazir Ayad Ələvini strateji siyasət üzrə milli şuranın sədri seçibər.

XS
SM
MD
LG