Accessibility links

İraqda parlament seçkilərinin son nəticələri bu gün açıqlanmalıdır


İraqda parlament seçkilərinin son nəticələri bu gün açıqlanmalıdır

İraqda parlament seçkilərinin son nəticələri bu gün açıqlanmalıdır

İnsanlar nəticələri gözlədiyi bir vaxt ölkədə 2 bomba hücumu həyata keçirilib

İraq təhlükəsizlik rəsmiləri deyir ki, İraqda insanlar parlament seçkilərinin son nəticələrini gözlədikləri bir vaxt Bağdadın şimal hissəsində iki bomba hücumu nəticəsində 20 nəfər həlak olub. Rəsmilərin məlumatına görə, hücumlar Diyala əyalətində baş verib. Ən azı 55 nəfərin yaralandığı bildirilir. İraq seçki komissiyası parlament seçkilərinə dair son nəticələri bu gün açıqlayacağını bildirib. İki əsas rəqibə verilən səslər arasındakı cüzi fərq ölkədə iğtişaşlara yol aça bilər. Rəsmilər deyir ki, 325 yerlik parlamentdə baş nazir Nuri Əl-Malikinin koalisiyası və ya sabiq baş nazir Əyad Ələvinin koalisiyası digərindən 1-2 yer fərqlə üstünlük əldə edə biləcək.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG