Accessibility links

İraqda partlayış onlarla insanın ölümünə səbəb olub


İraq rəsmiləri Bağdadın mərkəzində avtomobilə yerləşdirilmiş bombanın partladılması nəticəsində təxminən 23 nəfərin həlak olduğunu, 65 nəfərin isə yaralandığını deyib.

Bu gün səhər Baab əl-Muadham rayonunda baş vermiş partlayış şiə din məsələləri ofisinə ciddi ziyan vurub. Partlayış ötən həftə Bağdadda 17 nəfərin ölümünə səbəb olmuş hücumun ardınca baş verib. Hücumların intensivləşməsi bir neçə siyasi partiyanın baş nazir Nuri Əl-Malikinin vəzifəsindən istefa verməsi çağırışlarının ardınca vüsət alan və bir ay davam edən siyasi böhranla eyni vaxta təsadüf edir.

İraqda zorakılıqlar 2006 və 2007-ci illərdə ən yüksək səviyyəyə çatdıqdan sonra kəskin şəkildə azalmışdı. Lakin ölkə boyu hücumlar tez-tez baş verməkdədir.

XS
SM
MD
LG