Accessibility links

İraqda İranın nümayəndə heyəti hücuma məruz qalıb

  • Amerikanın səsi

İraqda İranın nümayəndə heyəti hücuma məruz qalıb

İraqda İranın nümayəndə heyəti hücuma məruz qalıb

İraq rəsmilərinin bildirdiyinə görə, bu gün paytaxt Bağdadda atışmalar və bomba hücumları nəticəsində 1 adam həlak olub, 30 nəfər yaralanıb. Silahlı şəxslər İranın neft rəsmilərini daşıyan maşınları atəşə tutub. Hücum zamanı yaralanan olmayıb. İranın Neft nazirliyinin məlumatında hucuma məruz qalan nümayəndə heyətinə İranın Neftayırma Şirkətinin rəhbəri Əlirza Zeyqhamın rəhbərlik etdiyi bildirilir. Bağdadın qərbində digər bir hücum nəticəsində 1 nəfər həlak olub, 9 nəfər yaralanıb. Başqa 4 hücum polis işçilərini hədəf alıb. Nəticədə 18 adam yaralanıb.

XS
SM
MD
LG