Accessibility links

Səddam Hüseynin siyasi davamçılarının fəaliyyətlərini dayandırmağa çalışanlara qarçşı hücumlar olur


İraq rəsmilərinin bildirdiyinə görə, sabiq diktator Səddam Hüseynin siyasi davamçılarının fəaliyyətlərini dayandırmağa çalışan məsul rəsmilərdən birini qətlə yetirməkdə şübhəli bilinən şəxslər həbs edilib. Rəsmilər Əli Əl-Lamini keçən həftə öz maşınında qətlə yetirən şəxslərin Bağdaddan 20 km məsafədəki Tacidə həbs edildiklərini deyirlər. Şübhəlilər Əl-Lamini səsboğucu tapancalardan istifadə edərək, Bağdadın şərqində güllələmişlər.

2003-cü ildə Səddam Hüseynin Devrilməsindən sonra təsis olunan De-Bəsifikasiya Komitəsi "Bəəs" partiyası loyalistlərinin hakimiyyətə qayıtmasına qarşı yönəlib. Əl-Laminin səyləri məsul vəzifələrdən diskvalifikasiya edilən sünni azlığın nümayəndələri tərəfindən qəzəblə qarşılanırdı.

XS
SM
MD
LG