Accessibility links

İraqda silsilə bomba hücumları baş verib

  • Amerikanın səsi

İraqda silsilə bomba hücumları baş verib

İraqda silsilə bomba hücumları baş verib

İraq polisi ölkənin bir neçə hissəsində baş verən bomba hücumları nəticəsində azı bir polis zabitinin öldüyünü, bir neçəsinin isə yaralandığını xəbər verir.

Şimaldakı Mosul şəhərində polis maşınına yerləşdirilmiş bomba partlayaraq bir polisi öldürmüş, başqa dörd nəfəri yaralamışdır.

Bağdadda ayrı-ayrılıqda baş verən iki hücum nəticəsində dörd adam yaralanıb.

Bağdaddan 175 kilometr şimalda yerləşən Tuz Xarmatu şəhərində baş verən dördüncü bomba hücumu iki adamın həyatına son qoyub.

XS
SM
MD
LG