Accessibility links

İraqda silsilə bomba hücumları həyata keçirilib


İraqda silsilə bomba hücumları həyata keçirilib
İraqda silsilə bomba hücumları həyata keçirilib

Ölkə boyu həyata keçirilən hücumların hədəfi İraqın təhlükəsizlik qüvvələridir

İraq boyu həyata keçirilən silsilə bomba hücumları nəticəsində azı 52 nəfərin öldüyü xəbər verilir. Birləşmiş Ştatların İraqdakı əməliyyatlarını başa çatdırmağa hazırlaşdığı bir vaxt həyata keçirilən hücumların hədəfi İraqın təhlükəsizlik qüvvələri olub. Polisin bildirdiyinə görə, bu gün Bağdadın polis məntəqəsinə edilən intiharçı hücumu zamanı azı 15 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Ölkənin cənubundakı Kut şəhərində isə intiharçının hücumu nəticəsində azı 20 nəfər ölüb, 90 nəfər yaralanıb.

Digər hücumlar isə Kərkük, Bohriz, Kərbəla və Bəsrə şəhərlərində həyata keçirilib ki, bu hücumlar zamanı azı 3 nəfərin öldüyü, onlarla insanın yaralandığı deyilir.

XS
SM
MD
LG