Accessibility links

İraqda xristianlara qarşı hücumlar davam edir


İraqda xristianlara qarşı hücumlar davam edir
İraqda xristianlara qarşı hücumlar davam edir

İraq rəsmilərinin bildirdyinə görə, Bağdad boyu bir neçə xristian məhəlləsində baş vermiş bomba və qumbara hücumları azı 5 nəfərin ölümünə, 33 nəfərin yaralanmasına səbəb olub. İraqın Daxili İşlər Naziriliyinin məlumatında deyilir ki, hücumların çoxu bu gün səhər, iki saat ara verməklə, bəziləri isə dünən gecə baş verib.

Bu hücumlar yaraqlıların xristian kilsəsinə 58 nəfərin ölümü ilə nəticələnən vəhşicəsinə hücumundan 10 gün sonra həyata keçirilib. Bu hücumun məsuliyyətini Əl-Qaidə ilə əlaqəsi olan İraq İslam Dövləti qrupu öz üzərinə götürmüş və bundan sonra da İraqdakı xristianlara qarşı hücumlar həyata keçirəcəkləri barədə xəbərdarlıq etmişdilər.

XS
SM
MD
LG