Accessibility links

İraqda yenidən etiraz aksiyaları keçirilir


İraqda yenidən etiraz aksiyaları keçirilir
İraqda yenidən etiraz aksiyaları keçirilir

Hökumətdə korrupsiyanın qarşısının alınması və ictimaiyyətə daha yaxşı xidmətlər çağırışı ilə minlərlə iraqlı yenidən nümayişlərə başlayıb. Yaxın Şərq və Şimali Afrika boyu hökumət əleyhinə etirazların başlamasından bəri artıq ikinci cümədir ki, İraqda da etiraz aksiyaları keçirilir. Dünən gecədən bəri hökumətin Bağdadda və digər şəhərlərdə maşınlardan istifadəyə qadağa qoyduğuna görə etirazçılardan bəziləri nümayişlərdə iştirak etmək üçün kilometrlərlə piyada getməli olub. Bağdadın Azadlıq Meydanı da daxil edilmələ, şəhərin bir çox hissələrində təhlükəsizlik tədbirləri gücləndirilib, patrulların sayı artırılıb, bəzi küçələr bağlanıb.

Keçən həftənin ümə günü keçirilən nümayişlər zamanı təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmalarda ölkə boyu 14 nəfər ölmüşdü.

XS
SM
MD
LG