Accessibility links

İraqdakı Əl-Qaidə özünə yeni liderlər seçir


İraqdakı Əl-Qaidə özünə yeni liderlər seçir

İraqdakı Əl-Qaidə özünə yeni liderlər seçir

Əl-Qaidə yeni liderlər barədə xəbəri İslamçıların veb səhifəsində açıqlayıb

İraqdakı Əl-Qaidə qrupu keçən ay Birləşmiş Ştatlar və İraq hərbi qüvvələrinin birgə keçirdikləri reyd zamanı öldürülən liderlərinin əvəzinə iki yeni lider seçdiyini bildirmişdir. İslamçıların veb səhifəsində İraq İslam Dövləti qrupunun verdiyi açıqlamada Əbu Bəkr Əl-Bağdadi Əl-Hüseyni Əl-Qureyşi adlı şəxsin əmir - yəni lider, Əbu Abdulla Əl Həssən Əl-Qureyşi adlı digər şəxsin isə yüksək vəzifəyə təyin edildiyi deyilir. Bu açıqlama qrupun Əl Nasir Liddin Allah Əbu Suleyman adlı şəxsi “müharibə naziri” təyin etdiyini elan etməsindən iki gün sonra verilir. Həmin şəxs İraq şiələrini qarşıda “qana bələnmiş qaranlıq günlərin” gözlədiyini bildirib.

Birləşmiş Ştatlar və İraq hərbi qüvvələrinin aprel ayında Tikrit yaxınlığında keçirdikləri reyd zamanı Əl-Qaidənin İraqdakı liderləri Əbu Əyyub Əl-Masri və Əbu Ömər Əl-Bağdadinin qətlə yetirilmişdi.

XS
SM
MD
LG