Accessibility links

İraqdakı Əl-Qaidə qrupu yeni müharibə generalı seçdiyini bəyan edib


İraqdakı Əl-Qaidə qrupu yeni müharibə generalı seçdiyini bəyan edib

İraqdakı Əl-Qaidə qrupu yeni müharibə generalı seçdiyini bəyan edib

Əl-Nasir Lidin Allah Əbu Suleyman adlı şəxsın çıxışı Cihadçı internet səhifəsində açıqlanıb

Baş qərərgahı Birləşmiş Ştatlarda yerləşən SİTE kəşfiyyat qrupunun birldirdiyinə görə, Əl-Qaidə ilə əlaqəsi olan İraqdakı yaraqlı təşkilat özünə yeni müharibə generalı seçmişdir. Kəşfiyyat təşkilatının məlumatında deyilir ki, Əl-Nasir Lidin Allah Əbu Suleyman adlı şəxsın çıxışı İraqda İslam Dövləti adlı yaraqlı qrupun cihadçı internet səhifəsində bu gün açıqlanıb. Həmin şəxs İraq şiələrini qarşıda “qana bələnmiş qaranlıq günlərin” gözlədiyini bildirib. Bu açıqlama keçən ay Birləşmiş Ştatlar və İraq hərbi qüvvələrinin Əl-Qaidənin İraqdakı liderləri Əbu Əyyub Əl-Məsri və Əbu Ömər Əl-Bağdadini qətlə yetirməsindən sonraya təsadüf edir.

XS
SM
MD
LG