Accessibility links

İraqın 12 şəhərində bomba hücumları olub


İraqın 12 şəhərində bomba hücumları olub
İraqın 12 şəhərində bomba hücumları olub

Bu gün İraqın 12-dən çox şəhərinin bomba hücumlarına məruz qalması nəticəsində 60 insan həlak olub, yüzlərlə insan isə yaralanıb. İraq rəsmiləri deyir ki, intiharçı hücumları və başqa partlayıcı maddələr vasitəsilə həyata keçirilən hücumlar Kərkükdən tutmuş paytaxt Bağdada və cənubda Kuta qədər çoxsaylı şəhəri hədəf alıb.

Ən güclü hücum Kut şəhərində olub. Orada iki bomba partlayışı 37 nəfərin həyatına son qoyub, 60 insan isə yaralanıb. Nəcəf şəhərində həyata keçirilən hücum nəticəsində 3 nəfər ölüb. Kərbəlada 2 nəfər qətlə yetirilib.

Rəsmilər deyir ki, Tikrit şəhərindəki anti-terror məntəqəsi də hədəf alınıb və intiharçı hücumu 2-si polis zabiti olmaqla 3 nəfər həlak olub. Diyala vilayətində bir neçə bomba partlayışı 8, Kərkükdəki hücumlar isə 1 nəfərin həyatına son qoyub.

XS
SM
MD
LG