Accessibility links

İraqın dağılmış infrastrukturu gündəlik tələbata cavab verə bilmir VİDEO


İraqın dağılmış infrastrukturu gündəlik tələbata cavab verə bilmir VİDEO

İraqın dağılmış infrastrukturu gündəlik tələbata cavab verə bilmir VİDEO

Doqquz ilə yaxın davam edən müharibə və beynəlxalq sanksiyalar şəhər əhalisini ən adi kommunal xidmətlərə həsrət qoyub

Birləşmiş Ştatlar ordusunun səkkiz ildən uzun sürən müharibəni başa vurub tərk etdiyi İraqın dağılmış infrastrukturu gündəlik tələbata cavab verə bilmir.

Bağdad əhalisi çox olan, səsli-küylü şəhərdir. İllərlə davam edən iştişaşlara baxmayaraq, şəhərdə yeni restoranlar və mağazalar açılır. Bu şəhər bütün ölkədə olduğu kimi funksiyasını bərpa etməyə çalışır. Partlayışların baş alıb getdiyi və tikanlı məftillərlə dolanmış şəhərdəki vəziyyət dəyişməyə başlayıb.

Doqquz ilə yaxın davam edən müharibə və beynəlxalq sanksiyalar şəhər əhalisini ən adi kommunal xidmətlərə həsrət qoyub. Balıq al-veri ilə məşğul olan Cəfər Əbdül Həmzə həyatın çətin olduğunu deyir. “Çox şeydən əziyyət çəkirik. Təhlükəsizlik vəziyyəti bir qədər yaxşılaşıb. Lakin bizim elekrtikə və suya ehtiyacımız var.”

Səhiyyə xidmətləri sahəsində də yardıma böyük ehtiyac var. Bunu Bağdadın ən yaxşı xətəxanalarından sayılan Qazi Əl-Həriri xəstəxanasına da aid etmək olar. Xəstə Xalis Hüseyin böyrək xəstəliyindən çox xəstəxanadakı şəraitdən əzab çəkdiyini deyir. “Həkimlər və tibbi heyət çox yaxşıdır. Lakin xidmətlərdə problemlər var. Lift işləmir, pilləkanlar bağlıdır.”

Xəstəxananın həkimi travmotoloq-cərrah Əhməd Saleh beş il bundan əvvəllə, terrorçuların bomba hücumları həyata keçirdikləri vaxtla müqayisədə vəziyyətin xeyli yaxşı olduğunu deyir. “Son iki ildə, hücumlar səngidikdən bəri vəziyyət dəyişib. Bizə gün ərzində əsasən maşın qəzaları səbəbindən xəsarət alanlar müraciət edir. Güllə, partlayış və ya bomba hücumlarından xəsarət alanlar 2005-2006-cı illərə nisbətən xeyli azalıb.”

Bomba hücumlarından xəsarət alanların sayı az olsa da, həkim çatışmazlığın problem olduğunu deyir.

İngilis dili müəllimi Vamid Rifat kimi iraqlıların çoxu kommunal xidmətlərin belə vəziyyətdə olmasında hökuməti günahlandırır. “Ölkədə yenidənqurma işləri aparılmır və mən uşaqlarımın gələcəyini təmin edəcək heç bir şey görmürəm.”

İraqda yenidənqurma işləri aparılır. Lakin iraqlılar beynəlxalq ictimaiyyətin milyardlarla dollarlıq yardımını alan vətənlərində daha çox işlər görülməsini gözləyir.

XS
SM
MD
LG