Accessibility links

ABŞ-ın dəstəklədiyi qüvvələr İslam Dövlətinin Suriyada paytaxt elan etdiyi Raqqa şəhərinin şimal bölgələrinə doğru irəliləyir.

Döyüşlərin 4-cü günü Suriyanın Demokratik Qüvvələri 10 kəndi ələ keçirməyə nail olub. Kürd və ərəb döyüşçülərin müttəfiqi olan bu qüvvələr Raqqanın 15 kilomertlik ərazisinə qədər irəliləyib.

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri isə İŞİD-in yaxınlıqdakı mövqelərinə havadan zərbələr endirib.

Guru əməliyyatlarına rəhbərlik edən qadın komandir Rojda Cudi Amerikanın Səsinə bildirib ki, əməliyyatlara İŞİD-in yerləşdirdiyi minalar mane our. O deyib ki, hər hansısa əraziyə daxil olmaq üçün ilk öncə minalardan təmizləmə işi aparılmalıdır.

Yearly rəsmilər Suriyanın Demokratik Qüvvələrinin şəhərə müxtəlif istiqamətlərdən irəlilədiyini bildirir.

Döyüşlər Raqqadan 40 km-lik məsafədə gedir. İŞİD isə şəhərin mərkəzində barrikadalar və süngərlər qurmaqla mövqelərini möhkəmləndirməyə çalışır.

XS
SM
MD
LG