Accessibility links

Suriyanın hərbi qüvvələri Rəqqa istiqamətində irəliləyir


Suriyanın hərbi qüvvələri şimal Rəqqa istiqamətində irəliləyir. Bu şəhər İslam Dövlətinin Xəlifət elan etdiyi vilayətin paytaxtıdır.

Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, qüvvələrin Rusiya təyyarələrinin müşayiəti ilə Rəqqanın inzibati sərhədlərinə yaxınlaşıb.

Qrup qüvvələrin Rəqqa və Hama arasındakı yolk yaraqlılarla toqquşduğunu bildirir.

Qüvvələr Əsəd gölü və Rəqqadan Hələbə aparan əsas yolu ələ keçirməyə çalışır.
Dövlət mediası yaraqlıların böyük itkilər verdiyini xəbər verir. Ordu itkilər barədə məlumat verməyib.

Son 3 gun ərzində aparılan qızğın dğyüşlər nəticəsində 26 islamçı öldürülüb.

Suriya qüvvələri Amerika qüvvələrinin yardımı ilə Rəqqanın şimal bölgəsində yerləşən Manbic şəhərini atəşə tutub.

Suriyanın ən böyük şəhəri Hələb uğrunda da döyüşlər davam edir. Rusiya mənbələrinin bildirdiyinə görə, 40 nəfər həlak olub, 100-dən çox adam yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG