Accessibility links

Raqqa qaçqınları [Video]


Birləşmiş Ştatların dəstəklədiyi Suriya Demokratik Qüvvələri İslam Dövlətinin de-fakto paytaxtı Raqqaya doğru irəlilədikcə, şəhər və ətraf kəndlərin sakinləri evlərini qoyub qaçmalı olur.

Beynəlxalq qüvvələrin İslam Dövlətinin Raqqadakı hədəflərini bombalamasından qaçanlar avtomobillərlə uzun növbəni gərginlik içərisində gözləyir. Qaçqınlar kürdlərin yaşadığı bölgəyə sığınacaq tapmaq ümidilə gəlir.

Raş Əl-Ayn bölgədə nisbətən təhlükəsiz yerdir. Lakin təhlükəsizlik qüvvələri qaçqınların arasında gizlənməyə çalışan döyüşçülərin qarşısını almaq üçün həmişə hazır vəziyyətdədir. Bu yol Raqqa ilə Raş Əl-Aynı birləşdirən yoldur və İslam Dövlətindən qaçan hər kəs bu yolu qət etməli olur. Kürd təhlükəsizlikmqüvvələri onlar üçün burada yoxlanış məntəqələri qurub.

“Biz Raş Əl-Ayna gələn hər şəxsin kim olduğunu bilmək üçün onlara sponsorlar tapırıq. Bizdə həmin insanların harada yaşayacaqları haqda məlumat olur. Raş Əl-Aynın təhlükəsizliyi üçün bizim buraya gələn hər kəs haqda məlumatımız olmalıdır”, deyə hərbiçi Hüseyin Həmid bildirir.

Bütün bunların həyata keçirilməsinə rəsmilər və qeyri-hökumət təşkilatları yardım edir. Regiondakı humanitar təşkilatlar Raqqadan Raç Əl-Ayna və yaxınlığdakı digər şəhərlərə 300 minə qədər insanın qaçdığını təxmin edir. Yardım işçiləri isə yerli administrasiyanın qaçqın böhranı üçün lazımı qədər vəsaiti olmadığını deyərək, beynəlxalq təşkilatlara müraciət edir.

“İndi qış fəslidir və kifayət qədər çadır yoxdur. Ona görə də biz bütün təşkilatlaraın bizə yardım etmələrini xahiş edirik.” deyə, yardım işçisi Süleyman Əbdül-Əziz bildirir.

Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya və Rusiyanın Raqqadakı İslam Dövlətinə qarşı hava hücumlarını davam etdirdiyi bir vaxt, yerli rəsmilər qaçqın böhranının başlancıq mərhələdə olduğunu başa düşür.


XS
SM
MD
LG