Accessibility links

İŞİD-in Suriyadakı de-fakto paytaxtı olan Raqqadan minlərlə mülki vətəndaş qaçmaqdadır. Son günlərdə şəhərin intensiv bombardman edilməsi qarşıda gələn təlatümlərə işarə edir.

Lakin əsasən sünni ərəblərin məskunlaşdığı şəhəri hansı hərbi qüvvənin zəbt edəcəyi və onun İŞİD-dən azad edilməsindən sonra necə idarə olunacağı aydın deyil.

ABŞ rəsmiləri, lazım gələrsə, şəhərin azad edilməsi üçün Küveytdən əlavə 1000 Amerika əsgərinin göndərilə biləcəyinə işarə edirlər.

Bu qüvvə ABŞ-ın dəstəklədiyi kürd Suriya Demokratik Qüvvələri olacaq? Yoxsa onlarla müttəfiq sünni ərəb və türkmən birləşmələri? İndiyədək üsyançıları dəstəkləyən Türkiyə bu əməliyyatda hansı rol oynayacaq?

Hazırda Moslun İŞİD-dən azad edilməsində ABŞ qüvvələri geniş rol oynayır. Onların Raqqa əməliyyatına necə təsir göstərəcəyi məlum deyil.

Ötən ay bir neçə yüz ABŞ dəniz piyadası artilleriya qurğuları ilə birlikdə şimali Suriyada yerləşdiriliblər. ABŞ rəsmiləri, lazım gələrsə, şəhərin azad edilməsi üçün Küveytdən əlavə 1000 Amerika əsgərinin göndərilə biləcəyinə işarə edirlər.

Son həmlə zamanı bəziləri ABŞ və kürd qüvvələrinin kənara çəkilərək prezident Bəşar əl-Əsədə sadiq qüvvələrin Raqqanı almasına imkan verəcəyini spekulyasiya edirlər. Bəzi ekspertlər hazırda Pentaqonda və Prezident Donald Trampın müaşvirləri tərəfindən bu variantın nəzərdən keçirildiyini ehtimal edirlər.

Əsədə sadiq ordunun əsgəri Hələbdə. 9 dekabr, 2016.

Əsədə sadiq ordunun əsgəri Hələbdə. 9 dekabr, 2016.

Mümkündürmü ki, Tramp Əsədin ən pis seçimnlər arasında nisbətən yaxşısı kimi dəyərləndiib Dəməşqlə eyni mövqedən çıxış etsin? Bu sualı ABŞ-da qərargahlanan Əsr Fondunun analitiki Tanassis Kambanis qaldırıb.

Ötən ay Ankaraya səfəri zamanı ABŞ Dövlət Katibi Reks Tillerson prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın kürd qüvvələrinə dəstəyini müzakirə etmişdi. Lakin belə görünür ki, tərəflər Suriyada necə irəli getmək haqda razılıq əldə edə biməyiblər - belə ki, Ərdoğan ABŞ-ın kürdlərlə işbirliyinə qarşı çıxır.

Əgər İŞİD aradan götürüləcəksə, onda bu yerlərdə onu kifayət qədər inklüsiv, konsensual bir siyasi nizam əvəzləməlidir ki, İŞİD-ə rəvac verən nifrət və kin-küdrət siklinə son qoyulsun.

Daha böyük fikir ayrılığı isə Raqqanın İŞİD-dən sonra necə idarə olunacağı üzərində mövcuddur. ABŞ-da bir çoxları iraqın 2003-cü ildə Səddamdan Liviyanın 2011-ci ildə Qəzzafidən azad edilməsini xatırlaylırlar. Bu ölkələrərin post-diktatura durumu o qədər də ürəkaçan olmayıb və ciddi sınaqlarla müşayiər olunub.

“Əgər İŞİD aradan götürüləcəksə, onda bu yerlərdə onu kifayət qədər inklüsiv, konsensual bir siyasi nizam əvəzləməlidir ki, İŞİD-ə rəvac verən nifrət və kin-küdrət siklinə son qoyulsun,” deyə analitik Sam Heller xəbərdarlıq edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG