Accessibility links

ABŞ-ın dəstəklədiyi alyans Raqqanın azad edilməsi əməliyyatına başlayıb


Suriya Demokratik Qüvvələri SDF-nin komandirləri mətbuat konfransı keçirir

Suriya Demokratik Qüvvələri SDF-nin komandirləri mətbuat konfransı keçirir

ABŞ-ın dəstəklədiyi kürd və Suriya döyüşçülərindən ibarət alyans İŞİD-in Suriydakı istinadgahı olan Raqqa şəhərinin nəzarətinin geri alınması əməliyyatına başlayıb.

Suriya Demokratik Qüvvələri SDF-nin Raqqadan 50 kilometrlik məsafədə yerləşən Eyn İssada olan komandiri əməliyyatın başlandığını bazar günü elan edib.

SDF əsas etibarilə Xalq Müdafiə Birləşməsi, ya da YPG kimi tanınan Suriyadakı kürd döşüşçülərindən ibarətdir.

Syria

Syria

Türkiyə YPG-ni terrorçu təşkilat kimi tanıyır. Lakin Birləşmiş Ştatlar YPG-yə bu vəzifənin öhdəsindən gələ biləcək yeganə qabiliyyətli hərbi birləşmə kimi baxır.

Vaşinqton Türkiyənin Raqqanın azad edilməsi əməliyyatında iştirak etməməsi məsələsi ilə razılaşıb.

"Biz ABŞ-ın başçılığı ilə koalisiya ilə Türkiyənin, ya da onunla müttəfiq olan hərbi qrupların əməliyyatında rol oynamaycağı haqda razılıq əldə etmişik"-deyə SDF-nin sözçüsü Talal Sello Fransa xəbər agentliyinə bildirib.

Amerikanın Avropada müttəfiqləri də YPG-nin əməliyyatda mühüm rol oynaması ilə bağlı ciddi şübhələrini ifadə edib. Müttəfiqlər kürdlərin tarixən ərəb şəhəri olan Raqqaya hücumda aparıcı rol oynamasının təriqət zəminində zorakılıqların artmasına yol aça biləcəyindən ehtiyat edir.

XS
SM
MD
LG