Accessibility links

Rasim Əliyevin atası: O, əsl peşəkar jurnalist olub [Video]


Rasim Əliyevin atası: O, əsl peşakar jurnalist olub
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Jurnalist Rasim Əliyevin ölümündən 40 gün keçir

Bu gün jurnalist Rasim Əliyevin ölümündən 40 gün keçir.

Rasim Əliyev avqustun 8-də "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Avqustun 9-a gecə Rasim Əliyevin səhhəti kəskin pisləşib və əməliyyat olunandan sonra vəfat edib.

Jurnalistin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi) maddəsi ilə cinayət işi qaldırılıb. Bu ittiham üzrə 6 nəfər həbs edilib.

Cavid Hüseynov isə cinayəti qabaqcadan bilib xəbər verməmə ittihamı ilə həbs edilib.

Bu gün isə onun yas mərasimidir.

Rasim Əliyev vəfat edib
Rasim Əliyev vəfat edib

Jurnalistin yaxınları, dostları, jurnalist həmkarları ilk öncə onun qəbrini ziyarət ediblər.

Daha sonra isə Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünlərin mərasim zalında toplaşıblar.

Mərasimə gələnlər Rasim Əliyevin sağ olarkən onunla bağlı xatirələrini bölüşüblər.

Bu yaxınlarda bir qrup deputat Rasim Əliyevin jurnalist deyil, operator olduğunu parlamentdə deyiblər.

Deputat Sabir: Rüstəmxanlı "Məsələn orada Rasim Əliyevin ölümünü jurnalistin siyasi qətli kimi qələmə verirlər. Amma bu düzgün deyil. Çünki Rasim Əliyev jurnalist olmayıb, o, operator idi”.

Jurnalistin atası Məmmədəli Əliyev deputatların bu cür yanaşmasına təəssüflənib.

“Mənim onlara bir kəlmə sözüm var. Rasim neçə illər idi jurnalist idi. Jurnalist kimi fəaliyyət göstərir. Həm də reportyor kimi. O, əsl peşakar jurnalist olub. Çox heyifislənirəm. Əvvəla gedib sənədlərə baxsınlar. İş vəsiqəsində o adam jurnalist idi.”

M.Əliyev bir daha cəmiyyətdən, hüquq-mühafizə orqanlarından, hakimiyyətdən Rasim Əliyevin işinin obyektiv araşdırılmasını, bu işdə əli olanların cəzalandırılmasını tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG