Accessibility links

Jurnalist Rasim Əliyev dəfn edildi [Videolar & Fotoqalereya] (Yenilənib-6)


Jurnalisti döyən şəxslərin bir neçəsinin müəyyən edildiyi deyilir

Jurnalist Rasim Əliyev "Mehdiabad"qəbirstanlığında dəfn olunub.

***

Jurnalistin yaxınlarının Amerikanın Səsinin müxbirinə verdiyi məlumata görə, Səbail rayon prokurorluğunun nümayəndəsi deyib ki, hazırda bu iş üzrə cinayət işi açılıb. Video kadrlara baxış olub. Jurnalisti döyən şəxslərin bir neçəsi müəyyən edilib. Onlar bu gün və ya sabah həbs olunacaq.

Səbail prokurorluğunun nümayəndəsi isə Amerikanın Səsinin suallarına cavab verməyib.

***

Jurnalistin cəsədi məsciddə yuyulduqdan sonra vida mərasimi üçün Bayıl qəsəbəsinə yaşadığı ünvanına aparılacaq.

Rasim Əliyev Bakıda yerli vaxtla 14:30-da "Mehdiabad" qəbirstanlığında dəfn olunacaq.

***

Ağır bədən xəsarəti alan jurnalist Rasim Əliyevin cəsədi Pataloji Anatomiya Bürosundan çıxarılaraq məscidə yumağa aparılıb.

Jurnalistin cəsədini onun yaxınları, jurnalist həmkarları müşayiət edir.

Rasim Əliyev vəfat edib

Rasim Əliyev vəfat edib

Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini "Facebook" səhifəsində tənqid etməsi göstərilib.

Hazırda jurnalistin Bakının "Mehdiabad"qəbirstanlığında dəfn olunacağı ehtimal edilir.

XS
SM
MD
LG