Accessibility links

Məhkəmə zalında bibər qazından istifadə edilib [Video]


Rasim Əliyevin ölümü ilə bağlı məhkəmədə qarşıdurma olub

Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesində qarşıdurma yaranıb. Məhkəmə nəzarətçiləri bibər qazından istifadə edib.

Junalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən jurnalist avqustun 9-da orada vəfat edib.

Jurnalistin ölüm faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və "Qəbələ" futbol klubunun futbolçusu Cavid Hüseynov tutulub.

Onlar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunurlar.

Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Cavid Hüseynov Qəbələ futbol komandasının hücumçusudur. Jurnalistlə insident Hüseynovla bağlı Facebook səhifəsində tənqidi status yazdıqdan sonra baş verib.

Vəkil Fariz Namazlı

Vəkil Fariz Namazlı

Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, bugünkü məhkəmə iclasında hakim Eldar İsmayılov jurnalisti müalicə və müayinə edən həkimlərin işə cəlb olunması ilə bağlı vəsatətətini təmin etməyib.

Hakimin vəsatəti təmin etməməsi təqsirləndirilən şəxslərin valideynləri və yaxınlarının kəskin narazılığna səbəb olub və məhkəmə zalında qarışıqlıq yaranıb. Məhkəmə nəzarətçiləri qarışıqlığın və səs-küyün qarşısını ala bilməyib və bibər qazından istifadə edib. Beləliklə, təqsirləndirlən şəxslərin yaxınları məhkəmə zalından çıxarılıb.

Lakin onlar etirazlarını Ağır Cinayətlər Məhkəməsinin önündə davam etdirib. Təqsirləndirilən şəxslərin qohumları onlara qarşı kobudluq edildiyini, gözlərinə bibər qazı püskürüldüyünü deyiblər. Hətta etiraz edənlərdən bəziləri onları məhkəmə zalına buraxmaq üçün rüşvət aldıqlarını da səslənirib, amma Amerikanın Səsinin müxbirinin konkret kimlərin rüşvət alması ilə bağlı sualının cavabında ad çəkməyiblər.

“Bilmirsiniz kimlər pul alır, Kameranı söndürün keçin içəri görün kimlər alır?” onlardan biri sual edib.

Kənan Mədətovun anası İlhamə Mədətova və digərləri məhkəmənin “oyun” olduğunu, jurnalistin qəsdən öldürüldüyünü deyib. Eiraz edənlər həmçinin övladlarının və qohumlarının Rasim Əliyevin ölümündə gühansız olduğunu bildiriblər.

“İki-üç təpik vurmaqla adam ölər? Onu qəsdən öldürüblər və həkimlər günahkardır”, İlhamə Mədətova qeyd edib.

Daha sonra təqsirləndirilən şəxslərin yaxınları şikayət etmək üçün Prezident Administrasiyasına yollanıblar.

Məhkəmə prosesi fevralın 9-da davam etdiriləcək.

XS
SM
MD
LG