Accessibility links

Rasim Musabəyov: Prezidentlərin üçtərəfli formatda zirvə görüşü faydalıdır [Audio-müsahibə]


Milli Məclisin deputatı Rasim Musabəyov
Milli Məclisin deputatı Rasim Musabəyov

Milli Məclisin deputatı Amerikanın Səsinə müsahibəsində Azərbaycan, Rusiya və İran prezidentlərinin zirvə görüşünün yekunlarından danışıb

Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən zirvə görüşü əhəmiyyətlidir. Prezidentlər layihələri və məsələləri həm üçtərəfli, həm də ikitərəfli formatda müzakirə edib. Bu barədə Milli Məclisin deputatı Rasim Musabəyov Ametikanın Səsinə müsahibəsində bildirib.

Milli Məclisin deputatı Rasim Musabəyovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:06:51 0:00

Onun fikrincə, ortada hər üç tərəfin marağında olan “Şimal-Cənub” dəmir yolu dəhlizi layihəsi var.

Bu layihənin təkcə üç dövlət üçün yox, Avrasiya qitəsi üçün əhəmiyyəti var. Layihədə Pakistanın, Hindistanın, körfəz ölkələrinin də maraqları var.

“Bu layihənin təkcə üç dövlət üçün yox, Avrasiya qitəsi üçün əhəmiyyəti var. Layihədə Pakistanın, Hindistanın, körfəz ölkələrinin də maraqları var. Bu layihənin reallaşdırılması üçün Bakıda yüksək səviyyəli siyasi dəstək nümayiş olundu”, o qeyd edib.

Musabəyovun fikrincə, danışılarda Xəzərin enerji resurlarının istifadəsində birgə əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.

“İndiyədək Azərbaycanın layihələrində həm İran, həm də Rusiya iştirak edirdi. İnid isə Azərbaycan bu ölkələrin ərazilərindəki layihələrdə iştirak etmək təşəbbüsü ilə çıxış edib”.

Bununla yanaşı, Rusiya prezidenti mövcud boru kəmərlərindən müşətərək istifadə məsələsini səsləndirib.

Bu o deməkdir ki, Rusiya və İran “Cənub” enerji dəhlizi layihəsindən istifadəyə mənfi yox, müsbət, həm də iştirakla yanaşa bilərlər. Bu da çox vacibdir.

“Nəzərə almaq lazımdır ki, bölgədə boru layihələrində irəlidə gedən Azərbaycandır. Yeni neft-qaz boru kəmərləri tikən də məhz Azərbaycandır. Bu o deməkdir ki, Rusiya və İran “Cənub” enerji dəhlizi layihəsindən istifadəyə mənfi yox, müsbət, həm də iştirakla yanaşa bilərlər. Bu da çox vacibdir”, deputat bildirib.

Rusiya və İranı Suriyadakı durum daha çox maraqlandırır və onlar orada birgə iştirak edir.

“Azərbaycan Suriya, İraq məsələlərində yaxından iştirak etməsə də, oradadakı durumdan narahatdır və qarşılıqlı dəstək verməkdə maraqlıdır”, o qeyd edib.

Musabəyov üç ölkə prezidentinin zirvə görüşünün Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına təkan vermə ehtimalı ilə bağlı sualın cavabında deyib ki, üçtərəfli formatda bu məsələ müzakirə edilməyib.

İndi səsləndirilir ki, münaqişənin həll açarı Rusiyanın əlindədir. Rusiya o açardan istifadəyə hələ tələsməsə də, hər halda onun məsələyə yanaşması olduqca vacibdir.

“Azərbaycan öz mövqeyini səsləndirdi. Amma, Azərbaycan prezidentinin həm İran, həm də Rusiya prezidenti ilə ikitərəfli görüşlərində münaqişənin nizamlanması məsələsi danışıqların çox vacib mövzusu olub. Rusiya demək olar ki, bu məslənin həlli ilə bağlı aparıcı dövlətdir. İndi səsləndirilir ki, münaqişənin həll açarı Rusiyanın əlindədir. Rusiya o açardan istifadəyə hələ tələsməsə də, hər halda onun məsələyə yanaşması olduqca vacibdir. İran münaqişənin nizamlanmasında iştirak etməsə də həm Azərbaycanla, həm də Ermənistanla həmsərhəddir. Münaqişə ərazisi onun sərhədinə bitişikdir. Təbii ki, İran da münaqişənin nizamlanmasında maraqlı dövlədir”.

Musabəyov İran avtomobilinin və Rusiya təyyarəsinin Azərbaycanda istehsalının səmərəliliyi barədə suala cavabda deyib ki, Azərbaycanın istifadəsində həm Sovet dövründən qalan, həm də Rusiyadan alınmış hərbi və mülki təyyarə və helikopterlər var.

Azərbaycanın istifadəsində həm Sovet dövründən qalan, həm də Rusiyadan alınmış hərbi və mülki təyyarə və helikopterlər var.

“Nəzərə alsaq ki, bunlar çoxsaylıdır. Onların təmiri üçün istehsalat müəssisəsi açmaq zəruridir. Belə bir müəssisə hələ sovet dövründə var idi. Onun bazasında da bunu yaratmaq olar. O ki, qaldı Rusiya təyyarələrinin Azərbaycanda yığılmasına, burada söhbət onların hələ bütövlükdə yığılmasından getmir. Bu söhbət mövzusudur. Rusiya müsair orta magistrallı təyyarənin inşasına başlayacaq. Azərbaycan ilkin olaraq ona yaxın belə təyyarə almaq niyyətindədir. Fərz edirəm ki, həmin təyyaralərlə bağlı Azərbaycanda müəssisə qurularsa, o yalnız Azərbaycan bazarı üçün deyil, söhbət bu təyyaərlərin yaxın bölgələrə, o cümlədən İrana, Pakistana ixracından gedə bilər.

İran avtomobillərinin Azərbaycanda yığılmasından danışandeputat deyib ki, İran avtomobilləri indiyədək Azərbaycanda yığılır.

“İqtisadi məsələdir. Mən indi deyə bilmərəm bu nə qədər səmərəlidir. Ancaq, söhbət ildə 10 min avtomobildən gedirsə, bu deməkdir ki, onu iqtisadi cəhətdən də hesablayıblar”.

Prezidentlətin beynəlxalq təşkilatlarda birgə mövqedən çıxış etməklə bağlı fikirlərində gəlincə, deputat deyib ki, o sadəcə bəyanatdır və tərəflər bununla bağlı öhdəlikgötürməyib.

Bu o demək deyil ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Rusiya və İranın istəyi ilə səs verəcək.

“Bu o demək deyil ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Rusiya və İranın istəyi ilə səs verəcək. Ancaq, müzakirə ediləcək məslələrlə bağlı fikir mübadiləsi aparmaq və mövqeləri yaxınlaşdırmaq hər hansı maneə yaratmır. Düşünmürəm ki, Azərbaycan nə qərbin, nə Rusiaynın, nə də İranın ağlı ilə oturub-durmaldıır. Ancaq, dialoqda olmaq mövqeləri müəyyənləşdirmək faydalıdır”, deputat qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG