Accessibility links

Gəncənin keçmiş polis rəisi DİN-də idarə rəisi təyin edilib


Rasim Musayev

Rasim Musayev

Bu yaxınlardan Gəncə şəhər polis idarəsinin rəisliyindən istefa verən Rasim Musayev daxili işlər naziri Ramil Usubovun əmri ilə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.
Turan informasiya agentliyinə DİN-in mətbuat xidmətindən bildiriblər ki, o, bu vəzifədə Məhəbbət Hüseynovu əvəz edəcək. Öz növbəsində cənab Hüseynov Lənkəran şəhər polis rəisi təyin edilib.
Lənkəran şəhər keçmiş polis rəisi Elxan Əliyev isə DİN kadrlar şöbəsinin sərəncamına keçirilib.
Daxili Təhqiqatlar İdarəsi orqanlarda qanunçuluğa və xidməti vəzifənin icrası zamanı insan və vətəndaş hüquqlarına riayət edilməsinə nəzarəti həyata keçirən, xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olma, qanunçuluğun pozulması halları, əməkdaşların qanunazidd hərəkətlərindən şikayətlər, ərizə və məlumatlar üzrə xidməti təhqiqatın aparılması işini təşkil edən müstəqil struktur hissədir. “Media forum” saytı bildirir ki, İdarənin əsas vəzifələri daxili işlər orqanlarında qanunçuluğa riayət edilməsinə daxili nəzarətin həyata keçirilməsi; fiziki və hüquqi şəxslərin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlərin görülməsi; daxili işlər orqanları əməkdaşlarının xidmət apararkən etdiyi hüquqazidd və ya ləkə gətirən ləyaqətsiz hərəkətlər üzrə daxili təhqiqatın aparılması; daxili işlər orqanlarının əməkdaşlarının vəzifə cinayətləri, xətaları və digər hüquqazidd əməlləri üzrə istintaqaqədər xidməti yoxlamaların aparılması; daxili işlər orqanları əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunmasının təmin edilməsidir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG