Accessibility links

Jurnalistin atası: İstintaq ailəmizə hər hansı məlumat vermir [Video]


Jurnalistin atası: İstintaq ailəmizə hər hansı məlumat vermir
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Jurnalistin atası: İstintaq ailəmizə hər hansı məlumat vermir

Rasim Əliyevin atası hələ də istintaqa dəvət edilməyib

“Məni istintaqda heç kim danışdırmayıb. İstintaq ailəmizə heç bir məlumat vermir. Yalnız mediadan bir nəfərin tutulması barədə oxumuşam”. Bu barədə avqustun 9-da döyülmə nəticəsində xəstəxanada vəfat etmiş jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyev Amerikanın Səsinin sualının cavabında bildirib.

Bu gün jurnalistin üç mərasimi keçirlir. Mərasimdə müxsalifət liderləri, ictimai xadimlər, jurnalistlər iştirak edib.

Atanın sözlərinə görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Mətbuat Şurasının digər üzvü bu gün 3 mərasiminə gəlib ailəyə baş sağlığı verib.

M.Əliyev bildirib ki, yalnız Rasim rəhmətə gedən günü Səbael rayon prokurorluğundan bir nəfər evlərinin yaxınlığında onunla görüşüb.

“Həmin şəxs dedi ki, arxayın olun yuxarıdan tapşırıq var, bir-iki gün ərzində günahkarlar tapılacaq. Ancaq, üç gün keçib, hələ də məndə bir dəqiq informasiya yoxdur”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG