Accessibility links

Sport For Rights: Rasim Əliyevin ölümü Azərbaycanda jurnalistlərə qarşı zorakılığın bir halqasıdır


Hüquqlar naminə idman” koalisiyası - logo

Hüquqlar naminə idman” koalisiyası - logo

“Hüquqlar naminə idman” (Sport For Rights) koalisiyası avqustun 9-da jurnalist Rasim Əliyevin tanınmış futbolçunun qohumları tərəfindən vəhşicəsinə döyüldükdən sonra ölməsini pisləyib.

Bundan əvvəl R.Əliyev İnternetdə polisin amansızlığı və sosial narazılıq barədə fotolar yayımladıqdan sonra hədələnmişdi.

Bu hədə-qorxulardan sonra, iyulun 25-də R.Əliyev polisə şikayət edib, lakin polis heç bir tədbir görməyib.

“Biz Rasim Əliyevin ölümündən çox sarsılmışıq”, - Index censorship nümayəndəsi Melodiya Patru bildirib.

Rasimə hücum Azərbaycanda KİV və vətəndaş cəmiyyəti ətrafında vəziyyətin pisləşməsi şəraitində baş verib, - o qeyd edib.

R.Əliyevin ölümü Azərbaycanda jurnalistlərə qarşı zorakılığın bir halqasıdır. Bu, Avropa Oyunlarından sonra və parlament seçkiləri ərəfəsində hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı amansız qisas fonunda baş verir.

Son həftələr azərbaycanlı jurnalist, Berlindən yayımlanan on-line Meydan TV-nin rəhbəri Emin Milli Azərbaycan hakimiyyətinin təzyiqlərinə məruz qaldığını bildirib. Hətta onun Bakıdakı və regionlardakı qohumları da təzyiqlərə məruz qalıblar.

“Hakimiyyətin tənqidin və özgəfikirliliyin bütün formalarını susdurmaq cəhdlərinə digər sübut kimi hüquq müdafiəçiləri Leyla və Arif Yunusların, jurnalist Xədicə İsmayılovanın məhkəməsini göstərmək olar. Onlar siyasi ittihamlarla mühakimə edilirlər”, -FIDH prezidenti Suer Belhassen bildirib.

Azərbaycanda jurnalistlərə qarşı zorakılığa son qoyulmalıdır, günahkarlar cəzalandırılmalıdır.

Koalisiya ölkədə insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması üzrə konkret tədbirlərin görülməsinə, siyasi məhbusların azad edilməsinə çağırır.

Həmçinin koalisiya beynəlxalq birliyi Azərbaycanda durumu diqqət mərkəzində saxlamağa çağırır.

Bəyanatı 10 beynəlxalq təşkilat, - Article 19;FIDH; Helsinki İnsan Hüquqları Fondu, Senzura İndeksi, KİV-ə Beynəlxalq Dəstək, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı və başqaları imzalayıb.

XS
SM
MD
LG