Accessibility links

Jurnalistin qətlinin araşdırılması üzrə ictimai qrup yaradılıb


Rasim Əliyev
Rasim Əliyev

Jurnalist Rasim Əliyevin qətlinin araşdırılması üzrə ictimai qrup yaradılıb. Qrupa jurnalistlər, hüquq müdafiəçiləri, hüquqşünaslar və ictimai xadimlər daxil olub.

Dekabrın 18-də qrupun ilk təsis iclası keçirilib, Bakı şəhər prokurorluğunun istintaqı yekunlaşdırmasından sonrakı vəziyyət müzakirə olunub.

Qrup jurnalistin ölümünün səbəblərinin və bununla bağlı müxtəlif qurumların fəaliyyətinin ictimai araşdırmasını həyata keçirəcək.

Uzun müddət Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda işləmiş jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də “Qəbələ” futbol klubunun oyunçusu Cavid Qurbanovun maraqlarını təmsil edən bir qrup şəxs tərəfindən döyülmə nəticəsində dünyasını dəyişib. Futbolçu və onun əlbirləri həbs edilib və gələn ilin əvvəlində məhkəməyə çıxarılacaqlar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG