Accessibility links

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərilib [Video]


Rasim Əliyev
Rasim Əliyev

Jurnalist Rasim Əliyevin avqustun 8-də Bakının Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Bu barədə Bakı şəhər prokurorluğunun məlumatında deyilir.

Prokurorluq bildirir ki, dekabrın 22-də Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Məlumatda qeyd edilir ki, cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılmış və məhkəməyə göndərilmək mərhələsindədir.

Jurnalsit Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb, daha sonra xəstəxanaya yerləşdirilib, avqustun 9-u səhərə yaxın xəstəxanada vəfat edib. Ölümündən öncə R.Əliyev “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovla arasında sosial şəbəkədə söz “atışması” olması, daha sonra haqqında danışılan 5-6 nəfər tərəfindən fiziki zorakılığa məruz qalması haqda açıqlama verib.

Vəkil Əsabəli Mustafayev Cavid Hüseynov barəsində cinayət işinin ayrıca icraata ayrılmasını qanun pozuntusu adlandırıb. “Bu məhkəməyə ictimai marağı azaltmaq cəhdidir”, o Amerikanın Səsinə deyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG