Accessibility links

İşçi qrup jurnalistin ölümü ilə bağlı keçirilən məhkəmədən narazıdır


Jurnalist Rasim Əliyevin dəfn mərasimi
Jurnalist Rasim Əliyevin dəfn mərasimi

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı məsələləri ictimai qaydada araşdıran Komitənin İşçi Qrupunun yanvarın 20-də iclası keçirilib.

Qrurpun üzvü, hüquq müdafiəçisi Arzu Abdullayeva iclasda R.Əliyevin qətlilə bağlı istintaqın, hazırda davam edən məhkəmə prosesinin gedişindən narazılıq ifadə edildiyini bildirib.

“İstintaqla bağlı prokurorluğa, məhkəmə prosesi ilə bağlı hakimə çoxlu suallar var”,A.Abdullayeva hər iki qurumu R.Əliyevin ölümünü sonadək araşdırmamaqda suçlayıb.

İstintaqın sonuna yaxın futbolçu Cavid Hüseynovun cinayət işinin ümumi icraatdan ayrılması müəmmalı məsələ kimi dəyərləndirilirb.

“Biz bilmirik, bu adam bu qətldə nə qədər günahkardır, ya yox, amma həqiqətin üzə çıxması üçün bu iş ayrılmamalı, birgə aparılmalı və məhkəməyə təqdim edilməli idi ki, həqiqət üzə çıxsaın”, o bildirib.

Eyni zamanda, A.Abdullayeva iclasda hazırda davam edən məhkəmə prosesinin gedişindən də narazılıq edildiyini deyib.

“İstər ictimaiyyət nümayəndələri, istər jurnalistlər məhkəmə prosesi gedən binanın önünə nə qədər tez gəlsələr də məhkəmə zalı adamla dolu olur. Bunlar nə qohumlardır, nə ictimaiyyət nümayəndələri, nə də media mənsubları”, A.Abdullayeva qeyd edib.

O, belə halların bir çox ictimaiyyət nümayəndələrinin məhkəmə prosesində baş verməsinə diqqət çəkib.

“Belə addım atanlar cəmiyyəti jurnalistin qətlilə bağlı prosesdən maksimum dərəcədə xəbərsiz saxlamağa səy edənlərdir”.

Daha bir məsələ müdafiə tərəfin qaldırdığı vəsatətlərin təmin edilməməsilə bağlıdır.

“Qaldırılmış hansı vəsatət olusra olsun, hakim ya təmin etmir, ya da baxılmamış saxlayır, bundan irəli gələrək bizlərdə məhkəmənin ədalətli qərar qəbul edəcəyinə şübhə var”, A.Abdullayeva bildirib.

İşçi qrupu prezident İlham Əliyevə, ölkənin vətəndaş cəmiyyəti institutlarına və beynəlxalq qurumlara müraciət qəbul edib.

Sənəddə ədalətli qərar əldə edilə bilməsi üçün məhkəmə prosesinin nəzarətdə saxlanılması xahiş edilir.

Jurnalist R.Əiyev 2015-ci il avqusitun 8-də bir qrup şəxs tərəfindən döyülüb, daha sonra xəstəxanaya yerləşdirilib. Avqustun 9-u səhərə xəstəxanda dünyasını dəyişib. Jurnalistin ölümü ilə bağlı Qəbələ futbol klubunun hücumçusu Cavid Hüseynov da daxil olmaqla 6 nəfər həbs edilib. Hazırda 5 nəfər Bakı Ağır Cinayətlər məhkəməsində mühakimə edilir. Futbolçu Cavid Hüseynovun işi isə ümumi icraatdan ayırlıb və baxılması üçün Səbael rayon Məhkəməsinə göndərilib.

Jurnalistin ölümünə Facebook statusunda Cavid Hüseynovu tənqiddən sonra futbolçunun dostları tərəfindən döyülməsi səbəb olub.

XS
SM
MD
LG