Accessibility links

Rasim Əliyevin ölümü ilə bağlı məhkəmə prosesi davam edib


Rasim Əliyev

Rasim Əliyev

Fevralın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin məhkəmə prosesində növbəti iclas olub.

Tibb ekspertləri Alim Hüseynov və Ziyafəddin Məmmədov məhkəməyə ifadə verib.

Vəkil Fariz Namazlı R.Əliyevin döyülməsini əks etdirən videogörüntülərinn cinayət işinə əlavə olunması və jurnalistin ilkin ifadəsinin iş materialına daxil edilməsi barədə vəsatət qaldırıb. Hakim hər iki vəsatəti təmin edib.

Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin olunub.

Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən jurnalist avqustun 9-da orada vəfat edib.

Jurnalistin ölüm faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və "Qəbələ" futbol klubunun futbolçusu Cavid Hüseynov tutulub.

Onlar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunurlar.

Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Cavid Hüseynov Qəbələ futbol komandasının hücumçusudur. Jurnalistlə insident Hüseynovla bağlı Facebook səhifəsində tənqidi status yazdıqdan sonra baş verib.

XS
SM
MD
LG