Accessibility links

Rasim Musabəyov: Yeni İpək Yolu layihəsi Azərbaycansız qeyri-mümkündür [Video-müsahibə]


Rasim Musabəyov: Yeni İpək Yolu layihəsi Azərbaycansız qeyri-mümkündür
please wait

No media source currently available

0:00 0:05:28 0:00

Rasim Musabəyov: Yeni İpək Yolu layihəsi Azərbaycansız qeyri-mümkündür

Milli Məclisin deputatı Rasim Musabəyovun Amerikanın səsinə müsahibəsi

Milli Məclisin deputatı Rasim Misabəyov Amerikanın Səsinə müsahibəsində ABŞ-ın "Yeni İpək Yolu" layihəsi barədə strategiyası, Azərbaycanın layihənin həyata keçirilməsində rolu, Rusiyanının regiona münasibəti, ABŞ-ın siyasi və maliyyə dəstəyindən danışıb.

Amerikanın Səsi: Amerika Dövlət katibinin köməkçisi “Yeni İpək Yolu” layihəsi ilə bağlı Amerika hökumətinin strategiyasını açıqlayıb. Bu strategiya reallığı əks etdirirmi?

Azı bu strategiyanın 15 il 20 il ömrü var.

Rasim Musabəyov: Bu əslində yeni bir strategiya deyil. Azı bu strategiyanın 15 il 20 il ömrü var. Tanış olduğum mətndə göstərilir ki, Amerika daha çox Mərkəzi Asiyada olan infrastruktura diqqəti artırır, orada təhlükəsizliklə bağlı məsələlərə diqqəti artırır. Ona görə də o hissə ki, Azərbaycandan başlanır və Türkiyəyədək gedib çıxır, bu, o deməkdir ki, o hissə tam hazırdır.

Amerikanın Səsi: Layihənin reallaşdırılması üçün ABŞ və Qərb dövlətlərinin siyasi və kommersiya dəstəyi hiss edilirmi?

Ancaq təəssüf olsun ki, biz o dəstəyi görmədik.

Rasim Musabəyov: Azərbaycanın hissəsində hiss olunmur. Diqqəti azı ona cəlb edə bilərəm ki, Bakı-Tbilisi-Qars dəmiryolu inşa olunmağa başlayanda Azərbaycanın baxmayaraq ki, kifayət qədər maliyyə imkanları var ABŞ-ın dəstəyini istəmişdi və o dəstək cüzi də olsa siyasi xarakter daşıyırdı. Ancaq təəssüf olsun ki, biz o dəstəyi görmədik.

Amerikanın Səsi: “Yeni İpək Yolu” layihəsinin reallaşdırılmasında Azərbaycanın rolu nə qədər önəmlidir?

Azərbaycan demək olar ki, o terminalları özü hazırlayır.

Rasim Musabəyov: Əslində Azərbaycansız o, layihə yoxdur. Ona görə ki, xətt Bakıya gəlib çatır. Bakıda qatarları, kanteynerləri, hansı bir mərhələdə boru çəkiləcəksə boru kəməri ilə nəql ediləcək məhsulu qəbul etəmk üçün terminallara ehtiyac var. Azərbaycan demək olar ki, o terminalları özü hazırlayır.

Bildiyiniz kimi biz Ələtdə (Bakıdan 70 kilometr cənubda dəniz yük limanı-red) yeni böyük bir layihəni gerçəkləşdirməyə başlamışıq. Onun birinci hissəsi tamamlanıb. Azərbyacansız bu layihə qeyri-mümkündür. Azərbaycan öz hissəsini demək olar ki, təkbaşına reallaşdırır. Və bu təkcə limana aid deyil, eyni zamanda Azərbaycan boru xətlərini də, dəmir yolunu da çəkməyə hazırdır və həyata keçirir. Azərbaycansız bu layihə qeyri-mümkündür. Ancaq təkrar edirəm təəssüf ki, onun maliyyə və siyasi yükünü ABŞ təkbaşına Azərbaycanın çiyninə qoyub.

Amerikanın Səsi: Dövlət katibinin köməkçisi Rusiyanın bölgə ilə bağlı təbliğatının Amerika və Qərbin əleyhinə yönəldiyini bildirir. Fikrinizcə, ABŞ və Qərb ölkələri Rusiya təbliğatını neytrallaşdırmaq üçün nə etməlidir?

Rasim Musabəyov: Təbii ki, ikitərəfli dialoqlar aparılmalıdır. Hər halda Azərbaycan düşünür ki, nə qədər bu layihələrin siyasi konteksdən və böyük güclərin rəqabətindən kənarda qoymaq olsa o qədər faydalıdır. Əslində Mərkəzi Asiya ölkələrinin Avropaya çıxış əldə etməsi tam zəruridir və tam məntiqlidir. Ancaq o layihələri ABŞ-Rusiya arasında mübarizə bir predmetinə çevirməsi və ya ABŞ-Çin arasında olan mübarizə predmetinə çevirməsi mənim fikrimcə o layihələrə dəstək yox, əlavə risklər gətirir.

Amerikanın Səsi: Azərbaycanın Qərb və Mərkəzi Asiya ilə indiki əlaqələri bu layihənin reallaşdırılması prespektivləri baxımından mövqelərini möhkəmləndirə bilərmi?

Rasim Musabəyov: Böyük mənada möhkəmləndirə bilər. Ancaq Azərbaycan daha çox öz strategiyasını formalaşdıranda ikitərəfli əlaqələrə üstünlük verir. Yəni Azərbaycan Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Gürcüstanla, Türkiyə ilə, eyni zamanda bütün layihələrini ikitərəfli münasibətlərini möhkəmləndirməklə gerçəkləşdirməyə çalışır.

Amerikanın Səsi: Amma dövlət katibinin köməkçisi Azərbaycanı, Gürcüstanı və Türkiyəni gömrük standartlarını uyğunlaşdırmağa çağırıb. Bu baxımdan parlament nə etməlidir?

Rasim Musabəyov: Bildiyiniz kimi bizim TRASEKA layihəsi var.TRASEKA layihəsinin qərargahı Bakıda yerləşir. Bu layihə çərçivəsində məsələləri çalışırıq uyğunlaşdıraq, tarif dərəcələrin aşağ salmaq ki, yəni bunlar hamısı ikitərəfli əlaqələr üçün vacibdir. Ancaq biz bunu beynəlxalq bir xətt kimi görmək istəyiriksə təbii burada çoxtərəfli razılaşma əldə olunmaldır.

XS
SM
MD
LG