Accessibility links

Rəsul Quliyev: Rusiyanın proyekti elə indiki prezidentdir [Skype-Müsahibə]


Rəsul Quliyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:11:08 0:00

Rəsul Quliyevlə müsahibə

Milli Şuranın üzvü, Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyev şuranın vahid namizədi Rüstəm İbarhimbəyovun qarşıdan gələn prezident seçkilərində qələbə şansından danışarkən qeyd edib ki, vahid namizədin seçilməsi özü bir uğurdur. ”Bu, prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün uğurlu bir addımdır. Ancaq bu, qəti surətdə kifayət deyil. Qələbəyə doğru əgər yüz addım atılmalıdırsa, onların cəmisi ikisi və ya üçü atılıb. Əgər Milli Şura ardıcıl, məqsədyönlü proqramla, bir nöqtəyə zərbə vurmaqla irəliləməsə heç bir şeyə nail ola bilməyəcək.”

Milli Şuranın vahid namizədi - Rüstəm İbrahimbəyov
Milli Şuranın vahid namizədi - Rüstəm İbrahimbəyov
Seçkilərə 3 ay yarım qalıb. Amma hələ də cəmiyyətin fəallığı hiss edilmir. Müxalifətin kütləvi aksiyaları dayanıb. Bu durğunluğu nə ilə izah etmək olar? Niyə debatlar, siaysi fəaliyyətlər müşahidə edilmir? Milli Şuranın niyə belə cəhdləri yoxdur? sualının cavabında Rəsul Quliyev bildirib ki, Azərbaycanda bu gün ağlasığmaz bir sükut hökm sürür. “Son 3 ildə qonşu ölkələrdə keçirilən seçkilərlə müqayisə etsək, Azərbaycanda seçki atmosferi yoxdur. Azərbaycanda ölü sükut hökm sürür. Bu, aldadıcı bir sükutdur. Bu sükut tufana çevrilə bilər. Milli Şuranın da məqsədi məhz budur.”

Rəsul Quliyev Milli Şuranın Rusiya proyekti olduğu, Rüstəm İbrahimbəyovun ikinci vətəndaşlığı və ümümi fəaliyyətinin böyük hissəsinin Rusiya ilə bağlı olduğuna dair iddialara cavabında bildirib ki, hökumət ikinci vətəndalıq söhbətini ortaya atmasına görə xəcalət çəkməlidir. Çünki 2003-cü ildə İlham Əliyevin 3-Rusiya, Türkiyə və Azərbaycan vətəndaşlığı vardı. MDB dövlətlərinin Kinematoqrafçılar İttifaqının Konfererasiyasının Moskvada yerləşməsi Rüstəm İbrahimbəyovu birbaşa Rusiyaya bağlayır. Onun Rusiya vətəndaşlığı var. Lakin o, vətəndaşlığını qaytaracağını artıq elan edib.

Sovet İttifaqından ayrılmış hansı respublika Rusiya proyekti ilə hökumət qurub? Buna cavab verilməsini istəyirəm. Rusiya proyekti respublikaların heç birində mümkün deyil. Namizədi xalq seçməli, onun arxasında xalq dayanmalıdır.
"Milli Şuranın Rusiyanın proyekti olub-olmaması məsələsinə gəldikdə isə bunu deyən əsasən hökumətdir, deyə cənab Quliyev bildirib. "Sovet İttifaqından ayrılmış hansı respublika Rusiya proyekti ilə hökumət qurub? Buna cavab verilməsini istəyirəm. Rusiya proyekti respublikaların heç birində mümkün deyil. Namizədi xalq seçməli, onun arxasında xalq dayanmalıdır. Əlbəttə, Rusiya istəyir ki, hakimiyyətə gələn Rusiya dövlətçiliyi əleyhinə olmasın və bu da təbiidir. Rusiyanın proyekti indiki prezidentdir. 2003-cü ildə onu zorla hakimiyyətə gətirənlərdən biri Rusiya Federasiyasıdır."

Milli Şuranın üzvlərinin Amerikaya səfəri gözlənilirmi? Sualının cavabında Rəsul Quliyev belə bir planın olmadığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG