Accessibility links

RATİ xəbərdarlığa xəbərdarlıq edib


RATİ xəbərdarlığa xəbərdarlıq edib

RATİ xəbərdarlığa xəbərdarlıq edib

Azərbaycanın Ədliyyə Nazirliyi təşkilata rekvizit məlumatlarının qeydiyyatı qaydalarının pozulması barədə xəbərdarlıq məktubu göndərib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bağlanmaq üzrədir. Azərbaycanın Ədliyyə Nazirliyi təşkilata rekvizit məlumatlarının qeydiyyatı qaydalarının pozulması barədə xəbərdarlıq məktubu göndərib. Xüsusən, bu QHT təşkilat sənədlərində təsisçinin ünvanının dəyişdirilməsi haqqında məlumat verməməkdə ittiham olunur.
Ədliyyə Nazirliyi məktubunda həmçinin yazır ki, Naxçıvanda anonim mənbə İRFS-in www.nakhchivan.org.az saytında Naxçıvan Muxtar Respublikasında insan hüquqları sahəsində vəziyyət haqqında qərəzli və həqiqətə uyğun olmayan məlumat yerləşdirməsindən şikayətlənir.
Qanunvericiliyə əsasən, iki xəbərdarlıqdan sonra təşkilat bağlana bilər. Lakin Ədliyyə Nazirliyinin altında Qeydiyyat və Notariat İdarəsinin rəisi İlqar Məmmədovun imzası olan məktubda konkret olaraq qanunvericiliyin tələblərinin pozulmasını göstərən heç bir bənd yoxdur, deyə İRFS rəhbəri Emin Hüseynov bugünki mətbuat konfransında bildirib.

Emin Hüseynov Amerikanın Səsi radiosuna müsahibəsində nazirliyin iradlarını əsassız adlandırıb. Cənab Hüseynov bu xəbərdarlıq məktubunun əsas səbəbinin hakimiyyətin təşkilatın hüquq-müdafiə fəaliyyətini məhdudlaşdırmaq cəhdi hesab edir. “Adətən QHT-ləri seçki ilində bağlayırlar, burada isə vəziyyət bir qədər fərqlidir. Hakimiyyət “Eurovision-2012” müsabiqəsi ərəfəsində İRFS də daxil olmaqla, bir sıra QHT tərəfindən təsis edilmiş “Azad olmayan ölkədə azad musiqi” kampaniyasına qəzəblənib, deyə o bildirib.

Cənab Hüseynov xatırladıb ki, rəsmi KİV-lərdə bu QHT-lərə qarşı ləkəyaxma kampaniyası başlayıb. Bu məqalələrdə müxalifət təşkilatları, hüquq müdafiəçiləri satqın, xəbərçi və az qala vətən xaini adlandırılırlar, deyə o qeyd edib.
Mətbuat konfransında bir sıra QHT-lər və KİV-lər İRFS-ə dəstək ifadə ediblər. Tədbirdə iştirak edən Norveçin İnsan Hüquqları Evinin icraçı direktoru Mariya Dale Ədliyyə Nazirliyinin hərəkətlərindən narazılığını bildirib.
“Biz Azərbaycan hakimiyyətinin əməlləri barədə bütün beynəlxalq təşkilatlara və demokratik hökumətlərə məlumat veririk”, deyən Dale İnsan Hüquqları Evinin 54 şöbəsi tərəfindən beynəlxalq dəstək təşkil olunacağını əlavə edib.

XS
SM
MD
LG