Accessibility links

Ofis polis tərəfindən əhatəyə alınıb, yaxına heç kim buraxılmır

Bu gün təxminən saat 16 radələrində prokurorluq əməkdaşları və polis Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində axtarışa başlayıb. Ofis polis tərəfindən əhatəyə alınıb, yaxına heç kim buraxılmır.

RATI-nin ofisində axtarış

RATI-nin ofisində axtarış


Amerikanın Səsinin RATİ-nin ofisinin qarşısında olan əməkdaşının məlumatına görə prokurorluq əməkdaşları axtarışa ofisin ikinci mərtəbəsindən başlayıb. İkinci mərtəbədə RATİ-nin mətbuat mərkəzi yerləşir.

Bundan əvvəl müstəntiqlər əllərində sanksiya olduğunu əsas gətirərək ofisin qapısını sındırmaqla hədələyiblər. Onlar ofisi icarəyə verən ev sahibindən açar istəyiblər, lakin onda açar olmayıb.

RATI-nin ofisində axtarış

RATI-nin ofisində axtarış


Şərqiyyə Qasımova evini qanunvericiliyə uyğun olaraq müqavilə əsasında icarəyə verdiyini bildirib. "Mənin müqaviləm var və vergini vaxtında ödəyirəm," o, qeyd edib.

İstintaq işçiləri və polis ofisin qarşısında çəkiliş aparan jurnalistləri və hüquq müdafiəçilərini uzaqlaşdırıb.

RATI-nin ofisində axtarış

RATI-nin ofisində axtarış

Onlar jurnalistlərlə xüsusilə sərt davranıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Amerikanın Səsinə mediaya, qeyri-hökumət təşkilatlarına və hüquq müdafiəçilərinə qarşı baş verənləri "biabırçılıq" adlandırıb.

XS
SM
MD
LG