Accessibility links

RATİ-nin kompüterləri və sənədləri götürülüb


RATI-nin ofisində axtarış

RATI-nin ofisində axtarış

Bunu Amerikanın Səsinə vəkil deyib

RATİ-nin ofisində axtarış zamanı müstəntiqlər elektron daşıyıcıları – kompüterləri, flash-kartları, fotoaparatları, kameraları və sənədlər, o cümlədən mühasibat sənədləri götürüb. Hətta işçilərin şəxsi flaş-kartları da götürülüb.

Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, axtarış Səbail rayon Məhkəməsinin Baş Prokurorluğun təqdimatı əsasında çıxardığı 7 avqust tarixli qərarı əsasında aparılıb.

Bu arada, RATİ-nin direktoru Emin Hüseynovun taleyi naməlum olaraq qalır.

Bəzi KİV-lərin onun saxlanılması haqqında yaydığı məlumatlar təsdiqini tapmır. Hüseynovun mobil telefonuna edilən zənglər cavabsız qalır.

***

Prokurorluq orqanları RATİ-nin ofisinin ikinci mərtəbəsindən götürdüyü kompüterlər və sənədləri avtomobilə yükləyib.

İndiki anda ofisin birinci mərtəbəsində axtarış başlayıb.

***

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisinin interneti və telefonları qapadılıb. Bu barədə hazırda ofisdə olan əməkdaşlardan biri Amerikanın Səsinə bildirib.

“Bir saat əvvəl ofisdəki bütün telefonlar kəsilib və internet qapadılıb. Bunu kimlərin etdiyini bilmirik. RATİ telefon və internetin haqqını ödəyib”, əməkdaş bildirib.

Telefonlar və internet RATİ-də axtarış başlanandan sonra qapadılıb. Prokurorluq orqanları qurumda saat 16 radələrində axtarışa başlayıb.

XS
SM
MD
LG