Accessibility links

RATİ-nin daha bir əməkdaşı ölkədən buraxılmayıb


Gunay Ismayılova

Gunay Ismayılova

Günay İsmayılova ATƏT-in Tbilisidə keçiriləcək konfransında iştirak etməli idi. Onu Bakı aeroportundan xaricə buraxmayıblar

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktor müavini Günay İsmayılova ölkədən xaricə buraxılmayıb.

Günay İsmayılova Amerikanın Səsinə bildirib ki, sentyabrın 2-də Gürcüstana getmək üçün Bakı hava limanında olub.

“ATƏT-in iki günlük seminarına qatılmalıydım. Özü də şahid kimi dindirildiyim istintaqa bununla bağlı xəbər vermişdim. Onlar da demişdilər ki, problem yoxdur, get, qayıt. Amma aeroportda sərhəd xidmətində məni buraxmadılar”.

Günay İsmayılovanın sözlərinə görə, ölkədən çıxmasına qadağanı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi qoyub.

O bununla razılaşmır və məhkəməyə müraciət edəcəyini bildirib.

Sentyabrın 1-də isə RATİ-nin jurnalisti Əbülfət Namazov ABŞ-da proqramda iştirak etmək üçün gedərkən hava limanında ölkədən çıxmasına icazə verilməyib.

Artıq RATİ-nin bir neçə əməkdaşı istintaqa şahid qismində ifadə verib.

Bu ilin iyulunda RATİ-nin banlk hesabları dondurulub. Avqustun 8-də qurumun ofisində axtarış aparılıb, avqustun 11-də ofis möhürlənib.

Avqustun 8-dən RATİ-nin rəhbəri Emin Hüseynovun taleyi məlum deyil.

XS
SM
MD
LG