Accessibility links

Ratko Mladiç məhkəmə qarşısına çıxarıldı


Ratko Mladiç məhkəmə qarşısına çıxarıldı
Ratko Mladiç məhkəmə qarşısına çıxarıldı

Genosid ittihamları ilə üzləşən bosniyalı serb general Ratko Mladiç Belqradda müharibə cinayətləri məhkəməsi qarşısına çıxarılıb. Uzun müddət axtarışda olan Mladiç dünən yaxalanıb.

Serbiyanın şimalındakı kənddə həbs olunan Mladiç Haaqadakı BMT müharibə cinayətləri tribunalı tərəfindən axtarışdadır. O, 1990-cı illərdə Bosniya müsəlmanlarına qarşı genosiddə itiham olunur.

Günün əvvəlində Serbiya prezidenti Boris Tadiç elan edib ki, Mladiç Serbiya torpağında həbs olunub. O, xüsusi qüvvələri Mladiçi 16 illik axtarışdan sonra yaxaladıqlarına görə təbrik edib. Cənab Tadiçin sözlərinə görə Mladiçin həbsi Serbiya tarixinin ağrılı hissəsinə nöqtə qoyur.

Serbiya məhkəməsi Mladiçin Haaqa məhkəməsinə təhvil verilməsi üçün şərtlərin uyğun gəlib-gəlmədiyini müəyyən edəcək. Rəsmilər prosesin təxminən 7 gün çəkəcəyini deyirlər.

XS
SM
MD
LG