Accessibility links

Ratko Mladiç bu gün məhkəmə qarşısına çıxıb


Ratko Mladiç bu gün məhkəmə qarşısına çıxıb
Ratko Mladiç bu gün məhkəmə qarşısına çıxıb

Müharibə cinayətləri ilə ittiham edilən Bosniya serbi Ratko Mladiç bu gün məhkəmə qarşısına çıxıb, lakin prosesə mane olduğu üçün məhkəmə zalından çıxarılıb. Malidicin vəkili Aleksandr Aleksiç daha sonra məhkəmənin təxirə salınmasını istəyib. Hakim 11 ittihamla bağlı günahkar olmadığını söyləyən Mladiç zaldan çıxarıldıqdan sonra vəkilin tələbini ilə razılaşıb. Məhkəmənin nə zaman bərpa ediləcəyi məlum deyil. Sabiq komandir məhkəmənin onu müdafiə komandası ilə təmin etmədiyinə görə məhkəməni boykot edəcəyini bildirmişdi. Mladiçi 1995-ci ildə başa çatan 3 illik müharibə zamanı yol verdiyi cinayətlərlə ittiham edilir. Ona qarşı Srebrenitsa qırğınında 8 min müsəlman kişi və oğlanın qətlinə dair ittiham da irəli sürülüb. Günankar tanınsa onu ömürlük həbs cəzası gözləyir.

XS
SM
MD
LG