Accessibility links

Rauf Mirqədirovun məhkəməsi qapalı keçirilir


Rauf Mirqədirov
Rauf Mirqədirov

"Zerkalo" qəzetinin jurnalisti Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi noyabrın 25-nıə təyin olunub.

***

Noyabrın 18-də hakim Əlisultan Osmanovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan "Zerkalo" qəzetinin jurnalisti Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Proses qapalı keçirildiyi üçün zala heç kəs buraxılmayıb.

Vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, məhkəmədə bir neçə vəsatət qaldırılsa da, heç biri təmin olunmayıb.

Vəkil dövlət sirri olmasını əsas gətirilərək məhkəmə ilə bağlı məlumat yaymamaq barədə iltizama imza atdığından ifadələr barədə heç bir məlumat verə bilməyəcəyini deyib.

Ağayev bir daha Rauf Mirqədirova qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu deyib.

Azadlıq Radiousu isə Rauf Mirqədirovun səhhətinin normal olduğunu yazıb.

Proses günün ikinci yarısında şahid ifadələri ilə davam etdiriləcək.

Digər yerli media isə jurnalistin artıq ifadə verdiyini və özünü təqsirli bilmədiyini qeyd edib.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Jurnalist Amnesty İnternational tərəfindən "vicdan məhbusu" elan edilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG