Accessibility links

Jurnalist Rauf Mirqədirovun məhkəməsi şahid ifadələri ilə davam edir [Video]


Proses qapalı keçirilib

Noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun məhkəməsi davam edib.

Proses qapalı keçirilib, şahid ifadələri dinlənilib.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Vəkillər və şahidlər məhkəmə qapalı keçirildiyindən və iltizam verdiyindən məhkəmədəki ifadəsi haqqında danışa bilmədiyini bildiriblər.

Növbəti məhkəmə prosesi dekabrın 2-də olacaq.

R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

R. Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Jurnalistlə bağlı istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb.

XS
SM
MD
LG