Accessibility links

Rauf Mirqədirov: Ermənistanın xeyrinə casusluqda ittiham hədsiz ədalətsizlikdir


Zerkalo” qəzetinin xüsusi müxbiri Rauf Mirqədirov
Zerkalo” qəzetinin xüsusi müxbiri Rauf Mirqədirov

Həbsdə olan jurnalist bəyanatla çıxış edib

Dövlətə xəyanət ittihamı ilə həbs edilmiş “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov bəyanatla çıxış edib. Jurnalistin bəyanatını vəkil Fuad Ağayev Facebook səhifəsində yayıb.

Sənəddə deyilir:

“25 ilə yaxın jurnalist fəaliyyətim ilə həmişə Azərbaycanın milli maraqlarına xidmət etmişəm. Daim hesab etmişəm ki, Qarabağ məsələsinə, Azərbaycan - Ermənistan münaqişəsinə yanaşmalarda iqtidar - müxalifət arasında münasibətlərdə, o cümlədən həmin münasibətlərin mətbuatdakı təzahürlərində heç bir qarşıdurma olmamalıdır. Ona görə də, mənim Ermənistanın xeyrinə casusluqda ittiham olunmağımı hüquqi baxımdan hədsiz ədalətsizlik, qanunsuzluq, milli maraqlar baxımından isə xəyanət və Allah qarşısında çox böyük günah hesab edirəm.”, Mirəqədirov qeyd edir.

Rauf Mirqədirov son illərdə ailəsi ilə birgə Türkiyədə yaşayıb. Türkiyə baş naziri Ərdoğanın Azərbaycana səfərindən bir neçə gün sonra, aprelin 17-də onun akreditasiyası səbəb göstərilmədən ləğv edilib. Mirqədirov Türkiyədə saxlanıb aprelin 19-da təyyarə ilə Azərbaycana göndərilib. Elə həmin gün Bakı Hava limanında jurnalist saxlanıb və aprelin 21-də dövlətə xəyanətdə şübhəli şəxs qismində barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. O Ermənistanın xeyrinə casusluqda günahlandırılır və Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Mirqədirov ittihamı qəbul etmir və sifariş kimi qiymətləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG