Accessibility links

Rauf Mirəqdirovun ailəsinə Avropada sığınacaq verilib


Rauf Mirqədirov

Rauf Mirqədirov

Jurnalist həbs edildikdən sonra Türkiyə onun ailəsinə viza verməkdən imtina edib

“Sərhədsiz reportyorlar”, “Human Rights Watch” və “Turkish Human Rights” təşkilatlarının birgə səyi ilə həbsdə olan jurnalist Rauf Mirqədirovun həyat yoldaşı və iki uşağı Avropa ölkələrinin birində müvəqqəti sığınacaq alıb. Bu barədə Turan agentliyi məlumat yayıb.

R.Mirqədirov Bakıya deportasiya edilməzdən öncə (18 aprel) Türkiyə hakimiyyəti onu jurnalist akreditəsindən, həyat yoldaşını iş hüququndan məhrum edib. Bundan sonra xanımının vizasını uzatmaqdan imtina ediblər. İyunun 16-sı sonuncu gün olub və ailə həmin gün Türkiyədən çıxa bilib. Lakin gediş elə də asan olmayıb. Ailə İstanbul aeroportunda pasport nəzarətində saxlanılıb və təyyarəyə gecikib.

Lakin “Sərhədsiz reportyorlar”ın operativ səyləri nəticəsində yeni biletlər alınıb və ailə gecə reysi ilə rahat uçub.
XS
SM
MD
LG