Accessibility links

Vəkil bildirib ki, jurnalist ona qarşı irəli sürülən ittihamları bütünlüklə rədd edib

İyulun 11-də jurnalist Rauf Mirqədirov saat 11-dən 18-dək vəkillərinin iştirakı ilə istintaqa ətraflı ifadə verib.

Vəkil Elmar Süleymanov bildirib ki, R.Mirqədirov ona qarşı irəli sürülən ittihamları bütünlüklə rədd edib.

Vəkil istintaq sirrini təşkil etdiyinə görə R.Mirqədirovun ifadələrinin məzmununu açıqlaya bilməcəyəni bildirib.

“Ayna-Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanıb. O təyyarə ilə Bakıya göndərilib və hava limanında həbs edilib. Müxbir Ermənistanın xeyrinə casusluqda günahlandırılaraq dövlətə xəyanət ittihamı ilə mühakimə olunur. Mirqədirov son illər ailəsi ilə birgə Ankarada yaşayırdı.

O həbs edildikdən sonra istintaqa ifadə verməkdən imtina edirdi.

XS
SM
MD
LG