Accessibility links

Rauf Mirqədirovun həbs müddəti daha bir ay uzadılıb


Rauf Mirqədirov (Foto Ülvi Həsənlinindir)
Rauf Mirqədirov (Foto Ülvi Həsənlinindir)

Aprelin 9-da Bakının Nəsimi Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun həbs müddətini bir ay uzadıb.

Vəkil Elmar Süleymanov Amerikanın Səsinə bildirib ki, Mirqədirovun özü barəsində heç bir istintaq hərəkəti aparılmır və həbs müddətinin uzadılmasına ehtiyac yox idi.

İstintaq isə həbs müddətinin uzadılmasını təyin edilmiş ekspertizaların nəticələrinin alınması zərurəti ilə izah edib. Lakin vəkil Mirqədirovun işi üzrə istintaqın yekunlaşdığını düşünmür.

Onun sözlərinə görə, 2014-cü ilin sonlarında qanunvericiliyə düzəlişlər ibtidai istintaq zamanı maksimum həbsdə saxlama müddətini 12 aydan 13 aya qədər uzatmağa imkan verib. Bu zaman “müstəsna hallarda” məhkəmə istintaqı 6 ay daha uzada bilər.

Xatırladaq ki, Mirqədirov ittihamı rədd edir, absurd adlandırır.

Jurnalist 2014-cü il aprelin 19-da Türkiyədən deportasiya edildikdən dərhal sonra Bakıda saxlanılıb. Ona qarşı Ermənistanın xeyrinə casusluq etməklə dövlətə xəyanət ittihamı irəli sürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG