Accessibility links

Rauf Miqrədirovun anası: Raufun qurtuluşu vətənimizin yanğından qurtuluşudur


Rəfiqə İsayeva (Foto musavat.com saytından götürülüb)
Rəfiqə İsayeva (Foto musavat.com saytından götürülüb)

Hazırda həbsdə olan jurnalist Rauf Mirqədirovun anası Rəfiqə İsayeva “Yeni Müsavat”qəzetinə məktub yollayıb. Musavat.com saytı “Aysel Əlizadəyə açıq məktub” başlıqlı həmin yazını təqdim edib.

Rəfiqə İsayevanın Aysel Əlizadənin “Qorxu zənciri” yazısına cavabını diqqətinizə çatdırırıq.

“Cəmiyyət halından çıxıb qamışlığa çevrilən bu bataqlıqda bir gün istənilən birimizin boğulmayacağına qarant varmı?

Belə bir cəmiyyətdə yaşayırıqsa, bu sizin və əzizlərinizin faciəsi deyilmi? Yanğın baş verirsə, hamı onu söndürməyə çalışır. İçindəkilər qurtulmaq üçün çaba göstərir.

Kimsə alovlanan yerin içində dayanıb öz növbəsini gözləmir. Buna görə də istənilən neqativ olaya cəmiyyətin reaksiyasına sevinmək gərəkdir. Bu yanğından qurtuluşdur”.

Aysel Əlizadə “Qorxu zənciri” (http://musavat.com/news/yazarlar/qorxu-zenciri-aysel-elizade-yazdi_254558.html)
Çünki bu cəmiyyətdə heç kimin heç nədən sığortalanmadığının acısını mən öz həyatımda yaşadım.

Belə yazır Aysel balamız. Məqaləni oxuyaraq şəklinə baxıram: gəncdir, istedadlıdır, ağıllıdır. Allah bəd gözdən saxlasın. Ancaq onsuz da narahat ürəyim bir az da sıxılır. Çünki bu cəmiyyətdə heç kimin heç nədən sığortalanmadığının acısını mən öz həyatımda yaşadım. Mənim oğlum kimi bir ziyalı, əsl vətənpərvər, dövlətini sevən və bütün həyatını öz əqidəsinə sadiq qalaraq yaşayan bir insan artıq bir ildir ki, həbsdədir. Özü də elə ağır bir ittihamla...

Mən, 77 yaşlı xəstə bir qadın əllərim əsə-əsə ona “peredaça” aparıram.

Mən, 77 yaşlı xəstə bir qadın əllərim əsə-əsə ona “peredaça” aparıram. Görünür, uca Allah mənə oğlumun yanına gedib-gəlmək üçün zaman möhlət verib. Çünki atası dözmədi, oğlu tutulandan bir ayın tamamında ürəyi partladı. Yaşlı olsa da, sağlam idi kişi. Dərdə dözmədi. Oğluna kömək edə bilmədiyinə görə kədərdən, qüssədən özünə yer tapa bilmirdi.

Nə bilim, pul, narkotik, silah, qızıl axtarırdılar. Mən də ölü pulumuzu, bir də barmağımdakı nişan üzüyünü ortaya qoydum. Mədəni adamlar idi, utandılar.

Ölümündən bir gün qabaq evimizdə axtarış olmuşdu. Nə bilim, pul, narkotik, silah, qızıl axtarırdılar. Mən də ölü pulumuzu, bir də barmağımdakı nişan üzüyünü ortaya qoydum. Mədəni adamlar idi, utandılar: “Götürün” - dedilər. Təsəvvür edirsiz, həyatını təmiz, vicdanlı, alnıaçıq yaşamış, dövlətin verdiyi təqaüd ilə dolanan ziyalının evindən silah, narkotik axtarmaq nə deməkdir? Bu onun üçün nə müsibətdir, nə təhqirdir. Bu axı insanın bütün həyatının üstündən xətt çəkməkdir. Son damladır, insanı dirigözlü öldürməkdir. Mənim yoldaşım oğlum tutulan gün mənən artıq ölmüşdü, axtarışın səhəri cismən getdi. Bu günahın bədəlini kimə yazaq, ay qızım? Sənin alman filosofun buna nə deyir? Vətənini sevən insana vətən xaini adı vermək suçunun sorunu kimin üzərinə düşür? Axı, Raufun fəaliyyəti göz qabaqındadır. Onun bütün müsahibələri, hətta Yerevanda belə keçirilən konfranslarda çıxışları, məqalələri göz

Son damladır, insanı dirigözlü öldürməkdir. Mənim yoldaşım oğlum tutulan gün mənən artıq ölmüşdü, axtarışın səhəri cismən getdi.

qabağındadır. Onun bir məqaləsini oxumaq kifayətdir ki, necə əqidə yiyəsi olduğunu anlayasan. Rauf kimi intellektual insanın tutulması ancaq bizim düşmənlərimizə sərf edir. Ancaq dövlətimizin düşmənləri bunda maraqlı ola bilərlər. Qarabağ münaqişəsini belə dərindən bilən, təhlil etməyi bacaran, xaricdə belə sözü eşidilən bir azərbaycanlı balasını susdurmaq üçün. Axı Rauf bu millətindir, bu torpağındır, bu dövlətindir. Müstəqil dövlətin gücü onun vətəndaşlarının intellekti ilə ölçülür. Oğlum ölkəmizin inkişafını ardıcıl, dinc islahatların aparılmasında

Rauf Mirqədirov :İndiyədək mənə heç bir təzyiq olmayıb
Rauf Mirqədirov :İndiyədək mənə heç bir təzyiq olmayıb

görüb. Və bunu davamlı şəkildə öz məqalələrində detalları ilə açıqlayıb. Bəzən illər sonra baş verə biləcək hadisələrin proqnozunu verməyi bacaran jurnalist-politoloqdur. Düşünürəm ki, məhz bu səbəbdən onu susdurmaq düşmənlərimizə lazım idi. Raufu tanıyan insanlar, onun oxucuları üçün ittiham ağlasığmaz səslənir. Guya Rauf maddi maraq zəminində erməniyə satılıb. Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, jurnalistikaya aid bütün mükafatların laureatı, tanınmış ziyalı, ömrünü müstəqil dövlətimizin qurulmasına sərf edən, gündəlik təhlilləri ilə dövlətçiliyimizi daha da möhkəmləndirməyə çalışan Rauf Mirqədirov sən demə, elementar “şpion” imiş. Özü də maddi maraq zəminində. Novruz bayramında “Zerkalo”nun redaktoru

Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, jurnalistikaya aid bütün mükafatların laureatı, tanınmış ziyalı, ömrünü müstəqil dövlətimizin qurulmasına sərf edən, gündəlik təhlilləri ilə dövlətçiliyimizi daha da möhkəmləndirməyə çalışan Rauf Mirqədirov sən demə, elementar “şpion” imiş.

Elçin Şıxlı bir neçə həmkarı ilə mənə dəyməyə gəlmişdi. Söhbətləşdik, dərdləşdik. Elçin müəllim dedi ki, “Raufa “Zerkalo” da işləyəndə pullu nəşrlərdən tez-tez iş təkliflər gəlirdi. Mənim ona verdiyim maaşdan qat-qat artıq maaşa Raufa işlər təklif olunurdu. Mən onu vermək istəməsəm də seçimi Rauf üçün qoyurdum. Rauf bütün təkliflərə yox deyirdi. Heç bir pul müqabilində öz əqidəsindən, müstəqilliyindən əl çəkmirdi. Bunu bildiyimiz üçün Raufun belə ittihamla tutulması bizə çox ağır gəlir”.

Raufa olunan pullu iş təkliflərini biz valideynləri də bilirdik. Rauf daxilən azad insan olduğundan onun üçün ən dəyərli həqiqət - əqidəsidir. Heç bir maddiyyat onu əqidəsindən döndərə bilmirdi, fikirlərindən, şəxsiyyətindən qiymətli ola bilməzdi. Başa düşürəm, indiki dövrdə bu sözlər çoxları üçün qəribə səslənir, amma Rauf kimi insanlar həmişə olub və əslində onların üzərində dünya durduqca durur.

Rauf kimi insanlar həmişə olub və əslində onların üzərində dünya durduqca durur.

Mənim bir Ana kimi ziyalılardan, Raufun həmkarlarından, oxucularından, Dövlətimizdən gözləntilərim var. Rauf uğrunda mübarizədə təslim olmayın. Əslində Raufun qurtuluşu bizim hamımızın və vətənimizin yanğından qurtuluşudur.

İsayeva Rəfiqə,

Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Həsən bəy Zərdabi, ilin jurnalisti, Humayun və digər mükafatların laureatı Mirqədirov Rauf Həbibulla oğlunun anası

Resaksiyadan: Yazıda əks olunanlar Ayesel Əlizadə və Rəfiqə İsayevanın şəxsi mülahizələridir.

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb.

O Ermənistanın xeyrinə caususluq ittihamı ilə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinir. Rauf Mirqədirov ittihamı rədd edir və sifariş sayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG