Accessibility links

Noyabrın 4-də Rauf Mirqədirovun məhkəməsi üzrə hazırlıq iclası olacaq


Rauf Mirqədirov

Rauf Mirqədirov

Bakı Ağır Cinayətlər Məhkəməsində noyabrın 4-də saat 15.00-da jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə hazırlıq iclası başlayacaq. Məhkəmə prosesinə hakim Əlisultan Osmanov sədrlik edəcək. Bu barədə Amerikanın Səsinin telefon sorğusuna hakim Əlisultan Osmanovun özü cavab verib.

R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Həbsin səbəbi Mirqədirovun dövlətə xəyanət ittihamı ilə həbs edilmiş Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun layihələrində iştirakıdır.

L.Yunus və həyat yoldaşı Arif Yunus barəsində dövlətə xəyanət ittihamı ayrıca icraata ayrılıb və onlar iqtisadi cinayətlərə görə mühakimə olunublar.

Jurnalist ittihamı qəbul etmir. Mirəqdirov Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.

XS
SM
MD
LG