Accessibility links

Rauf Mirqədirovun anası: Mənə övladıma qulluq etmək, onu müalicə etmək imkanı verin


Rəfiqə Isayeva

Rəfiqə Isayeva

Həbsdəki jurnalistin anası Rəfiqə İsayevə müraciətlə çıxış edib

Həbsdə olan jurnalist Rauf Mirqədirovun anası Rəfiqə İsayeva oğlu ilə bağlı müraciətlə çıxış edib.

Rauf .Mirqədirov 2014-cü ilin aprelində Türkiyədə saxlanılıb. Jurnalist sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Rauf Mirqədirov

Rauf Mirqədirov

R.Mirqədirov hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi fevralın 18-də şikayət üzrə ilkin baxış keçirib və məhkəmə prosesini martın 3-nə təyin edib.

Rauf Mirqədirov ittihamı qəbul etmir, bəraət istəyir. Amnetsty İnternational jurnalisti “vicdan məhbusu“ elan edib.

“R.Mirqədirov qan təzyiqindən əziyyət çəkir. Hazırda o, dərmanlar qəbul edir, beyindaxili qan təzyiqini normada saxlamaq üçün müalicə alır. Gözləri zəifləyib. Onun həbsxana şəraitində müalicəsi çətindir”, vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib.

Mirqədirovun anasının musavat.com saytında dərc etdirdiyi müracətini təqdim edirik:

Hərdən fikirləşirəm ki, yəgin günah məndədir. Düzgün tərbiyə etməmişəm. Övladıma düşünməyi, təhlil etməyi, nəticə çıxarmağı öyrətmişəm. Ən əsası isə torpağını, vətənini sevməyi. Bu cinayətdirmi?

"Valideyn neyləsin axı? Övladını böyüdərkən, tərbiyə edərkən nə desin ki, onu sonradan başına gələcək bəlalardan qorusun. Desin ki, bala oxuma, düzgün, ədalətli olma, vətənini sevmə? Desin ki, bala riyakar ol, yaltaq ol, qorxaq ol qabağa get? Beləmi desin? Hərdən fikirləşirəm ki, yəgin günah məndədir. Düzgün tərbiyə etməmişəm. Övladıma düşünməyi, təhlil etməyi, nəticə çıxarmağı öyrətmişəm. Ən əsası isə torpağını, vətənini sevməyi. Bu cinayətdirmi?

Mən ziyalı oğul böyütmüşəm. Mədəni, savadlı, millətinin başını həmişə uca tutan bir ziyalı.

Mən vətənpərvər oğul böyütmüşəm. Hətta həbsdə belə öz dövlətinin qeyrətini çəkən, bütün bəyənatlarında ölkəsini düşünən əsl vətəndaş.

Mən mərd insan tərbiyə etmişəm. Yıxılana balta çalmayan, arxadan zərbə vurmayan, öz səviyyəsini hər yerdə gözləyən, heysiyyatını hər zaman qoruyan şəxsiyyət.

Əslində jurnalist elə belə də olmalıdır. Həkim kimi. Cəmiyyətdə xəstəliyi görüb, təyin edib insanlara çatdırar, sonra da aidiyyatı qurumlardan müalicəsini sifariş edər. Yoxsa ki jurnalist sifarişlə ona-buna şər atıb, böhtan yaxıb, öz peşəsinə və insanlığa xəyanət etməməlidir.

Rauf onunla eyni vəziyyətdə olmayan, ona cavab verə bilməyən, heç kəsi ittiham etməzdi. Bunu özünə sığışdırmazdı. Yalnız özünü müdafiə edə biləcək insanı tənqid edə bilərdi. Bəzən özünü zərbə altında qoyardı. Çünki Raufun məqsədi dövlətçiliyimizin möhkəmlənməsi, torpaqlarımızın azad edilməsi, vətənimizin qorunması idi. Bu amalın yolunda tənqid də edə bilərdi. Əslində jurnalist elə belə də olmalıdır. Həkim kimi. Cəmiyyətdə xəstəliyi görüb, təyin edib insanlara çatdırar, sonra da aidiyyatı qurumlardan müalicəsini sifariş edər. Yoxsa ki jurnalist sifarişlə ona-buna şər atıb, böhtan yaxıb, öz peşəsinə və insanlığa xəyanət etməməlidir. Bu günahın bədəli gec-tez mütləq ödənər. Günahsız insanların ahı yerdə qalmaz. Çox pis tutar. Bu iki ili mənim həyatım bir ahdan ibarətdir. Qocaman, dərin bir ahdan.

Mən yenə də üzümü dövlətimizə, cəmiyyətimizə tuturam. Raufun səhhətində ciddi problemlər yaranıb. Oğlumun beyindaxili təyziqi gözlərinə təsir edir. Təzyiqi qalxarkən gözləri qaralır, bəzən tutulur. Güclü baş ağrılarından yalnız dərmanların köməyi ilə müvəqqəti sakitlik tapa bilir. Onun ciddi müalicəyə ehtiyacı var. Sizdən rica edirəm, mənə bu yaşımda övladıma qulluq etmək, onu müalicə etmək imkanı verin. Həyatımın bu qürub çağını tək oğlumla keçirim, həbsxana yollarında qalmayım".

XS
SM
MD
LG